Ekoaksiya: Sülhməramlıların daha 4 avtomobili ərazidən sərbəst keçib

post-img

Bu dəqiqələrdə Rusiya sülhməramlılarına məxsus dörd avtomobil azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil etdikləri aksiya ərazisindən sərbəst keçib.

AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, iki yük, bir minik avtomobili Laçından gələrək Xankəndiyə, bir nəqliyyat vasitəsi isə əks istiqamətə hərəkət edib.

Həmişə olduğu kimi, bu gün – ekoaksiyanın 73-cü günündə də sülhməramlılara məxsus nəqliyyat vasitələrinin ərazidən heç bir maneə olmadan hərəkət etmələri bir daha aksiyanın məramının dinc olduğunu nümayiş etdirir. Azərbaycanlı ekofəallar etirazların ilk günündən humanist prinsiplərə sadiqdirlər. Heç də siyasi xarakter daşımayan bu aksiya Qarabağ ərazisində faydalı qazıntı yataqlarının istismarına qarşıdır.

Qeyd edək ki, bu gün hazırkı vaxtadək aksiya ərazisindən keçən avtomobillərin sayı 71-ə çatıb.

Siyasət