Rumıniya KİV-ləri Prezident İlham Əliyevin Münxendə sülh sazişi ilə bağlı görüşlərindən yazır

post-img

Azərbaycan Prezidenti İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında iştirakı, burada keçirilən plenar iclasda çıxışı Rumıniyanın qabaqcıl KİV-lərinin diqqət mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, ölkənin nüfuzlu “Romania Libera” və “Digi24” media holdinqi tərəfindən Münxendə Azərbaycan Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşü işıqlandırılıb.

Bildirilir ki, görüş iki ölkənin sülh sazişinə çatması üçün mühüm əhəmiyyət kəsb edib. Qeyd olunub ki, Azərbaycan Prezidenti sülh müqaviləsinin beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməsini vurğulayıb. Sülh sazişində Azərbaycanın Qarabağ barədə hər hansı müddəanın olmasının qəbuledilməzliyi ilə bağlı mövqeyi diqqətə çatdırılıb. Ermənistanın sülh sazişi ilə bağlı Azərbaycanın təkliflərinə yeni cavab təklifləri göndərəcəyi qeyd olunub.

İqbal Hacıyev,
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest

Siyasət