COP29-un keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin tərkibi yenilənib - SƏRƏNCAM

post-img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 13 yanvar tarixli 4264 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Sərəncama əsasən Təşkilat Komitəsinin tərkibi yenilənib. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev Təşkilat Komitəsinin sədri təyin olunub.

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan Respublikasının daxili işlər naziri Vilayət Eyvazov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev, Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi Arif Səmədov, Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov, Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Nigar Arpadarai, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Sevinc Fətəliyeva, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev,

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini Zəkiyyə Mustafayeva,

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa Rzayev, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Samir Rzayev, “EkoSfera” Sosial Ekoloji Mərkəzi İdarə Heyətinin sədri Firuzə Sultanzadə, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifova Təşkilat Komitəsinin üzvləri təyin olunublar.

Sərəncamlar