Payız-qış mövsümündə TƏBİB-in tabeliyində olan tibb müəssisələri üzrə 15 550 nəfərin qrip əleyhinə vaksinasiyası aparılıb

post-img

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində qrip əleyhinə vaksinasiya davam etdirilir. 2023-2024-cü il payız-qış mövsümü ərzində bu müəssisələr üzrə 15 550 nəfərin vaksinasiyası aparılıb.

TƏBİB-dən bildirilib ki, qrip əleyhinə inaktivləşdirilmiş vaksinlər mövsümi olaraq, xüsusilə qrip ağırlaşmalarının meydanaçıxma riski yüksək olduğu hallarda uşaqların və böyüklərin qripdən qorunmasına kömək edir.

Qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə TƏBİB-in tabeli rayon mərkəzi xəstəxanalarında, Bakı şəhəri üzrə isə müəyyən olunan müvafiq ilkin səhiyyə müəssisələrində ödənişsiz olaraq yararlana bilər.

Məlumatda bildirilir ki, ölkəyə Səhiyyə Nazirliyi tərəfindən gətirilən qrip əleyhinə vaksinlər Niderland istehsalıdır. Bu peyvəndlər Ümumdünya Səhiyyə Təşkilatının və Avropa Şurasının tövsiyələrinə müvafiqdir.

Səhiyyə