Tibbi sığorta sağlamlığımızın keşiyində

post-img

Hörmətli redaksiya, Azərbaycanda səhiyyə sistemində baş verən yeniliklərə, tibbi sığortanın tətbiqinin rahatlığına, müasir avadanlıqlarda müayinələrin və müalicənin necə aparılmasına bu yaxınlarda Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda müalicə olunduğum zaman şahid oldum.

Çox sevindirici haldır ki, hazırda in­sanlarımız sağlamlığında hansısa bir problem yarandığı zaman müasir üslub­da tikilmiş və ya bərpa olunmuş, müa­sir avadanlıqlarla təchiz olunmuş tibb müəssisələrinə müraciət edə bilir. Mən böyük tarixə malik müalicə ocağı olan, minlərlə insanın şəfa tapdığı Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna müraciət etdim, orada müalicə kursu aldım.

Bu müalicə ocağında mənə göstə­rilən diqqət və qayğıya görə institutun bütün kollektivinə, xüsusən onun direk­toru, professor Sədaqət Hüseynovaya, kiçik elmi işçi, nevroloq Aygün İsayevaya, baş tibb bacısı Gülmirə xanıma dərin təşəkkürü­mü bildirirəm.

Oruc KƏNGƏRLİ,

Bakı sakini

Səhiyyə