Naxçıvan Dövlət Universitetində SAT imtahan mərkəzi yaradılıb

post-img

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbində fəaliyyətə başlayan regional SAT (STANDARTLAŞDIRILMIŞ TEST İmtahanı) mərkəzinin təqdimat mərasimində bildirilib ki, hazırda burada 6 fərqli dildə kadr hazırlığı həyata keçirilir. Son 2 ildə 5 ixtisas üzrə təhsil isə ingilis dili əsasında qurulub.

Rektor Elbrus İsayev bildirib ki, Azərbaycan ali təhsil məkanında ilk dəfə Naxçıvan Dövlət Universitetində yaradılan İELTS mərkəzi, yalnız muxtar respublikada yox, ölkəmizdə də təhsilin və akademik səviyyələrə yüksək qə­bulun həyata keçirilməsində böyük rol oynayacaq. Bununla belə, universitet­də əcnəbi tələbələrin sayca üstünlüyü nəzərə alınsa, digər regionlardan təhsil almaq üçün gələnlər də bu mərkəzdən faydalana bilərlər. Rektor universitetin elmi mühitində uğurlar qazanılmasında, professor-müəllim heyətinin nüfuzlu jur­nallara çıxışının təmin olunmasında da mərkəzin fəaliyyətini önə çəkib. Qeyd edilib ki, artıq universitetdə müəllim və tələbələr IELTS sertifikatı üzrə təlim­lərə başlayıblar.

SAT İmtahan Mərkəzi haqqında məlumat verən prorektor Aidə Cəlilza­də qeyd edib ki, bu imtahan həm kağız üzərində, həm də rəqəmsal formada götürülə bilər. Sonra imtahan prosedu­rundan bəhs edilib. 

Qeyd edək ki, Naxçıvan Dövlət Uni­versiteti 14 iyun 2023-cü ildə Amerika Birləşmiş Ştatlarının “College Board” təşkilatı tərəfindən rəsmi olaraq SAT imtahan mərkəzi kimi qeydiyyata alınıb.

 

Səbuhi HƏSƏNOV,

“Xalq qəzeti”

Naxçıvan

Sosial həyat