Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İsveçrənin Cenevrə şəhərində yerləşən mənzil qərargahında Ümumdünya Səhiyyə Assambleyasının 76-cı sessiyası öz işinə başlayıb. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat verib. Bildirilib ki, Azərbaycan Respublikası assambleyada səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
Assambleya çərçivəsində ÜST-nin Avropa üzrə regional direktoru Hans Henri Kluge ilə Azərbaycan nümayəndə heyəti arasında görüş keçirilib.
Görüşdə səhiyyə naziri ölkəmizin ÜST ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayaraq deyib ki, Azərbaycan bu nüfuzlu səhiyyə təşkilatı ilə 1992-ci ildən sıx əməkdaşlıq edir. Ötən müddət ərzində regional və qlobal səviyyələrdə uğurlu layihələr həyata keçirilib. Nazir, eyni zamanda, COVID-19 ilə mübarizədə ölkə daxilində görülən işlər, habelə beynəlxalq müstəvidə Azərbaycanın göstərdiyi yardım və irəli sürdüyü təşəbbüsləri qeyd edib.
Hans Kluge ÜST-nin fəaliyyətini siyasiləşdirmədən bitərəf və qərəzsiz şəkildə bundan sonra da davam etdirəcəyinə əminliyini bildirib. Daha sonra o, ÜST-nin Azərbaycanla əməkdaşlığının çox uğurlu olduğunu vurğulayıb. Koronavirus infeksiyası mövzusuna toxunan regional direktor COVID-19 peyvəndlərinin digər ölkələrə göndərilməsi kimi humanist addıma görə Azərbaycan rəhbərliyinə təşəkkürünü ifadə edib. Həmçinin Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirib.
Görüşdə təşkilatla ölkəmiz arasında mövcud sıx əlaqələr və səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Assambleyası ÜST-nin siyasətini müəyyən edən ali qərarverici orqanıdır. 76-cı sessiya isə mayın 30-da yekunlaşacaq.
Sessiya çərçivəsində səhiyyə naziri Teymur Musayevin plenar iclasda çıxışı, təşkilatın üzv ölkələrinin səhiyyə nazirləri ilə ikitərəfli görüşləri və digər tədbirlərin keçirilməsi planlaşdırılır.
ÜST Azərbaycanla əməkdaşlıqdan razıdır
- Səhiyyə
- 10:26 27.05.2023
- Oxunma sayı: 1462
Açar sözlər:
Paylaş:
“İdarəetmədə multikultural dəyərlər”
10:23 27.05.2023Səhiyyə
Ölkəmizin Gürcüstanla səhiyyə əməkdaşlığı imkanları
09:59 21.11.2024III Qlobal Səhiyyə Konfransı
09:47 21.11.2024Onkoloqlar Qarabağda tibbi aksiya keçiriblər
10:43 01.11.2024Azərbaycanda dializ alan şəxslərin sayı açıqlanıb
12:05 17.10.2024XI Avrasiya uşaq həkimlərinin konqresi keçirilib
17:41 09.10.2024-
- 20:01 26.11.2024
-
- 19:46 26.11.2024
-
- 19:21 26.11.2024
-
- 19:02 26.11.2024
-
- 18:36 26.11.2024
-
- 18:28 26.11.2024
-
- 18:18 26.11.2024
-
- 18:16 26.11.2024
-
- 18:10 26.11.2024
-
- 18:05 26.11.2024
-
- 17:45 26.11.2024
-
- 17:43 26.11.2024
-
- 17:42 26.11.2024
-
- 17:27 26.11.2024
-
- 17:23 26.11.2024
-
- 17:18 26.11.2024
-
- 17:14 26.11.2024
-
- 17:05 26.11.2024
-
- 16:46 26.11.2024
-
- 16:40 26.11.2024
-
- 16:11 26.11.2024
-
- 15:38 26.11.2024
-
- 14:44 26.11.2024
-
- 14:42 26.11.2024
-
- 14:10 26.11.2024
-
- 14:07 26.11.2024
-
- 14:03 26.11.2024
-
- 13:43 26.11.2024
-
- 12:47 26.11.2024
-
- 12:42 26.11.2024
-
- 12:12 26.11.2024
-
- 12:01 26.11.2024
-
- 12:01 26.11.2024
-
- 11:55 26.11.2024
-
- 11:52 26.11.2024
-
- 11:35 26.11.2024
-
- 11:28 26.11.2024
-
- 11:23 26.11.2024
-
- 11:20 26.11.2024
-
- 11:18 26.11.2024