Prezident İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak edib

post-img

Mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə qonaq qismində iştirak edib.

Ali Avrasiya İqtisadi Şurasının ge­niş tərkibdə iclasını Rusiya Prezidenti Vladimir Putin açdı.

Azərbaycan Prezidentinin Ali Avra­siya İqtisadi Şurasının iclasında qonaq qismində iştirak etdiyini vurğulayan Rusiya Prezidenti dedi: 

– Mənim üçün qeyd etmək xoş­dur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev bugünkü iclasda ilk dəfədir qonaq qis­mində iştirak edir. Mən onu və Azər­baycan nümayəndə heyətini salamla­maq istərdim.

Sonra Ali Avrasiya İqtisadi Şura­sının geniş tərkibdə iclasında iştirak edən üzv dövlətlərin başçıları çıxış et­dilər.

Təşkilatda müşahidəçi ölkə olan Özbəkistanın Prezidenti Şavkat Mirzi­yoyev iclasda videobağlantı vasitəsilə çıxış etdi, daha sonra Kuba Prezidenti Migel Diaz-Kanelin iclas iştirakçılarına videomüraciəti nümayiş olundu.

Rusiya Prezidenti Vladimir Putin dedi: Mən məmnuniyyətlə sözü qonaq­larımıza verirəm. Bir daha təkrar etdi­yim kimi, sözü belə tədbirlərdə ilk dəfə iştirak edən Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevə verirəm. İl­ham Heydər oğlu, söz Sizə verilir, bu­yurun. 

Dövlətimizin başçısı iclasda çıxış etdi.

 Prezident İlham Əliyevin çıxışı

– Hörmətli Vladimir Vladimiroviç. 

Hörmətli dövlət başçıları, hörmətli ic­las iştirakçıları. 

İlk növbədə, Avrasiya İqtisadi Birli­yinin üzv dövlətlərinin sammitinin işində qonaq qismində iştirak etməyə dəvətinə görə Rusiya Prezidenti Vladimir Vladimi­roviç Putinə təşəkkürümü bildirmək istə­yirəm. 

Ermənistan istisna olmaqla, Azərbay­canın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inki­şaf edir. Azərbaycan ilə Ermənistan ara­sında münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında cid­di imkanlar var. Bu gün Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin üçtərəfli görüşü olacaq. 

Həmkarlarıma məlumat vermək istə­yirəm ki, ötən il Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib. Bu ilin yanvar–aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub. Biz əmtəə döv­riyyəsinin gələcək artımında böyük po­tensialın olduğunu görürük. Azərbaycan Şərq–Qərb və Şimal–Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşir. Ölkəmizin nəqliyyat-logistika infrastruk­turu bütün istiqamətlərdə daşımaları hə­yata keçirməyə imkan verir. Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. On beş milyon ton yükün daşınmasına hesab­lanmış Ələt Dəniz Limanı yaxın vaxtlar­da modernləşdiriləcək və yükaşırmaların həcmi 25 milyon tona çatacaq. Son za­manlar Azərbaycan ərazisindən yükdaşı­maların artmasını nəzərə alsaq, bu, xü­susilə vacibdir. Bakıda artıq bir neçə ildir bütün növ gəmilər hazırlaya bilən müasir gəmiqayırma tərsanəsi fəaliyyət göstərir. Bildirməyə şadam ki, Azərbaycanın gə­miqayırma imkanları bu gün, həmçinin bi­zim Xəzərdəki qonşularımıza da təqdim olunub. Bakı gəmiqayırma zavodunda bizim Xəzər üzrə qonşularımızın sifariş­lərinin qəbul edilməsi üzrə danışıqlar və fəal iş aparılır. 

Bakı–Tbilisi–Qars dəmir yolu Avro­paya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışı təmin edir. Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizi layihə­sinin fəal iştirakçısıdır. Biz, həmçinin ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin ya­radılması təşəbbüsünü irəli sürmüşük. Azərbaycanda 8 beynəlxalq aeroport fəaliyyət göstərir. Onlardan ikisi işğal­dan azad olunmuş torpaqlarda – Füzuli və Zəngilanda son iki ildə tikilib. Doqqu­zuncu beynəlxalq aeroport azad olunmuş Laçında tikilir və 2025-ci ildə istismara veriləcək. Ölkəmiz illik 500 min ton yük dövriyyəsi ilə regionda ən iri hava yük donanmasına malikdir. Azərbaycan iq­tisadiyyatı müstəqilliyin demək olar ki, bütün dövrü ərzində dayanıqlılıq və artım nümayiş etdirir. 

Biz tam iqtisadi müstəqilliyə nail olmu­şuq. Bu da bizim uğurla həyata keçirdiyi­miz müstəqil xarici siyasət kursunu apar­maq imkanının mühüm amilidir. Təxminən dörd ildir Azərbaycan 120 dövləti birləş­dirən Qoşulmama Hərəkatına uğurla səd­rlik edir. Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra sayca ikinci beynəlxalq təsisatdır. Azərbaycan iqtisa­diyyatı özü-özünü təmin edir və kənardan dəstəyə ehtiyacı yoxdur. Son 20 il ərzində ölkəmizin ümumi daxili məhsulu (ÜDM) 3 dəfədən çox artıb. Yoxsulluğun səviyyəsi təxminən 50 faizdən 5 faizə enib. Xarici borc ÜDM-in demək olar ki, 9 faizindən aşağı səviyyəsindədir və ildən-ilə azalır. Azərbaycanın valyuta ehtiyatları xarici borcu 10 dəfə üstələyir. Hazırda qarşı­mızda duran başlıca məsələlərdən biri ixracın şaxələndirilməsidir. İqtisadiyyatın şaxələndirilməsinə gəlincə, bu məsələ uğurla həll olunur. Azərbaycan iqtisadiy­yatının böyük hissəsi artıq qeyri-xammal sektorunda formalaşır. İxracata gəlincə, qeyri-xammal sektorunun ixracını artır­maqdan ötrü biz hələ fəal işləməliyik. 

Baxmayaraq ki, işsizliyin səviyyəsi cəmi 5 faiz təşkil edir, demoqrafik artım, – son 30 il ərzində Azərbaycan əhalisi­nin sayı 7 milyondan 10 milyona qalxıb, – yeni iş yerlərinin yaradılması üzrə fəal səylər tələb edir. Biz, əlbəttə, Avrasiya İq­tisadi Birliyinə üzv ölkələrlə fəal qarşılıqlı əlaqələri həm ikitərəfli formatda, – biz bunu uğurla edirik, – həm də çoxtərəfli formatda möhkəmləndirmək fikrindəyik.

Artıq qeyd olunduğu kimi, mən Av­rasiya İqtisadi Birliyinin sammitində ilk dəfədir iştirak edirəm. Halbuki, biz Avra­siya İqtisadi Birliyinə üzv dövlətlərin baş­çıları ilə həm Müstəqil Dövlətlər Birliyinin sammitləri çərçivəsində, həm də ikitərəfli formatda müntəzəm görüşürük. Buna görə də, baxmayaraq mən ilk dəfədir qo­naq qismində iştirak edirəm, lakin yəqin ki, burada qonaq deyiləm. Bu gün bizim ünsiyyət qurmaq imkanımız oldu, ünsiy­yətimiz davam edəcək. Vladimir Vladimi­roviç, sonda bir daha Sizə dəvət üçün, eləcə də bütün həmkarlarıma bu dəvəti dəstəklədiklərinə görə təşəkkür etmək istərdim. Sağ olun. 

Prezident Vladimir Putin: Çox sağ olun. Həqiqətən, Azərbaycanın ikitərəfli formatda təşkilata üzv ölkələrimizlə iq­tisadi münasibətləri müntəzəm artır və bizim hamımız üçün – həm Azərbaycan üçün, həm də təşkilatın hər bir iştirakçı ölkəsi üçün əhəmiyyət kəsb edir. 

***

Sonra Tacikistan Prezidenti Emoməli Rəhmon iclasda videobağlantı vasitəsilə çıxış etdi.

Prezident Vladimir Putin: Artıq de­diyim kimi, həm Azərbaycan, həm də Tacikistanla münasibətlərimiz ikitərəfli planda fəal şəkildə inkişaf edir. Ona görə də belə çoxtərəfli formatda müzakirələrə qoşulmaq şübhəsiz ki, yalnız faydalı ola bilər. Son nəticədə Tacikistan və Azər­baycan bizim təşkilatın işində necə fəal iştirakları ilə bağlı qərarlar qəbul edə­cəklər. Bu, tam şəkildə Özbəkistana da aiddir. Bizim ümumi işimizdə və bugünkü tədbirimizdə iştiraklarına görə həmkarla­rıma təşəkkürümü bildirirəm. 

Sözü Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri...

Baş nazir Nikol Paşinyan: Üzr istə­yirəm, Vladimir Vladimiroviç, olar? Mə­nim kiçik replikam var. 

Prezident Vladimir Putin: Bəli, bu­yurun, xahiş edirəm. 

Baş nazir Nikol Paşinyan: Azər­baycan Prezidenti çıxışında son illər Ermənistana qarşı ərazi iddialarının irəli sürülməsinə əsas verən ifadədən istifadə etdi. Demək istəyirəm ki, bu, 2020-ci il 9 noyabr tarixli üçtərəfli Bəyanatın 9-cu bəndinin yerinə yetirilməsi çərçivəsində istifadə olunur. Vurğulamaq istərdim ki, bu Bəyanatda təkcə bir dəhliz haqqında deyilir və bu, Laçın dəhlizidir. O, Rusi­ya sülhməramlılarının nəzarəti altında olmalı idi, lakin təəssüf ki, Azərbaycan tərəfindən qanunsuz olaraq bloklanıb. Digər tərəfdən, Ermənistan Respublika­sının regionda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların və Ermənistan Res­publikasının ərazisindən keçən kommu­nikasiyaların blokadadan çıxarılmasına hazır olduğunu vurğulamaq istəyirəm. Biz bunu erməni yolayrıcı adlandırırıq. Biz regional kommunikasiyaların onların keçdiyi ölkələrin suverenliyi və yurisdik­siyası çərçivəsində açılmasına hazırıq. Mən 2020-ci il 9 noyabr tarixli üçtərəfli Bəyanatın 9-cu bəndində və 2021-ci il 11 yanvar tarixli üçtərəfli Bəyanatda nəzər­də tutulan nəqliyyat, iqtisadi kommunika­siyaları nəzərdə tuturam. Sağ olun. 

Prezident Vladimir Putin: Çox sağ olun. Lakin eşitdiyim kimi, Prezident Əliyev çıxışında məhz hələ 1991-ci ildə təsdiq olunmuş sazişlərlə uyğun şəkil­də müvafiq sərhədlərin tanınması ilə bağlı şəraitin yaradılmasından danışdı. Bu şərtlər belə bir qənaət hasil etməyə əsas verir ki, Azərbaycanla Ermənistan arasında müvafiq, o cümlədən, nəqliyyat kommunikasiyaları üzrə razılaşmalara nail oluna bilər. 

Mənim üçün qeyd etmək çox xoşdur ki, Ermənistanın baş naziri ölkəsinin də bu cür düşündüyünü dedi. O hesab edir ki, bu, mümkündür və müsbət düşünür. Lakin mənə elə gəlir ki, bu gün biz üç­tərəfli görüşdə bütün bunları müzakirə edə bilərik. Ümidvaram, tamamilə aydın­dır ki, həm Azərbaycanın, həm Ermənis­tanın, eləcə də bütün regionun iqtisadi inkişafına dair məsələlərlə bağlı razılıq əldə edə biləcəyik. Mənə elə gəlir ki, bi­zim bunu üçtərəfli formatda detallı şəkil­də müzakirə etməyə vaxtımız olacaq. 

Prezident İlham Əliyev: Mən, əlbət­tə, diskussiya açmaq istəmirəm. Lakin Ermənistana qarşı ərazi iddialarımızın olması barədə ittihamlar səsləndiyinə görə demək istəyirəm ki, bizim belə iddi­alarımız yoxdur. Mənim sözlərimdə ərazi iddialarının olmasını görmək üçün xüsusi canfəşanlıq etmək və ya güclü fantaziya­ya malik olmaq lazımdır. Mənim istifadə etdiyim “dəhliz” sözünə gəldikdə, o za­man mən bu kəlməni dəqiq olaraq “Şi­mal–Cənub” dəhlizinə münasibətdə də işlətmişəm, bu söz elə həmin dəqiqliklə “Şərq–Qərb” dəhlizinə münasibətdə də istifadə olunur. “Dəhliz” sözü heç də ki­minsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir və düşünürəm, beynəlxalq terminologiya ilə tanış olan in­sanlar yəqin ki, ona bu gün Ermənistanın baş naziri kimi məna verməzdilər. Vladi­mir Vladimiroviçin dediyi kimi və Ermə­nistanın rəsmən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını nəzərə al­saq, hesab edirəm ki, sülh sazişinə nail olmaq üçün imkanlar var. Sağ olun. 

Baş nazir Nikol Paşinyan: Vladimir Vladimiroviç, üzr istəyirəm. Demək istə­yirəm ki, 2020-ci il 9 noyabr tarixli üç­tərəfli Bəyanatın mətni ilə tanış olan hər kəs bilir ki, bu bəyanatda “dəhliz” sözü yalnız bir halda işlənilib. Bu kontekstdə həmin söz xüsusi məna daşıyır. Bu da, təkrar edirəm, üçtərəfli Bəyanata uyğun olaraq Rusiya Federasiyasının nəzarəti altında olmalı olan və Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi haqqındadır. Lakin, təəssüf ki, Azərbaycan Rusiya sülhməramlıları­nın nəzarətində olan bu dəhlizi qanun­suz şəkildə bloklayıb. Digər tərəfdən, təsdiq etmək istəyirəm ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlü­yünü qarşılıqlı surətdə tanımaqla bağlı razılaşıblar. Demək olar ki, biz bu əsas­da münasibətlərimizin nizama salınması istiqamətində kifayət qədər yaxşı irəlilə­yirik. 

Bu kontekstdə çox mühüm məsələ­ni qeyd etmək istəyirəm. Ümidvaram ki, “Dağlıq Qarabağ” sakinlərinin hüquqları və təhlükəsizliyi məsələsinin beynəlxalq mexanizmlər çərçivəsində həlli üçün tez­liklə Bakı və “Stepanakert” arasında nor­mal, konstruktiv dialoq başlayacaq. Sağ olun. 

Prezident Vladimir Putin: Çox sağ olun. 

Prezident İlham Əliyev: Vladimir Vladimiroviç, bağışlayın, Ermənistanın baş nazirinin sözlərində yenə ittiham səsləndi. Əgər Siz diqqət etdinizsə, nə çıxış zamanı, nə də replika zamanı mənim sözlərimdə heç bir ittiham yox idi. Amma mən bunu, sadəcə, cavab­sız qoya bilmərəm. Başa düşürəm, biz diskussiyanı bir az başqa istiqamətə aparırıq, hərçənd düşünürəm ki, bu, bir çoxları üçün maraqlıdır. İcazənizlə ca­vab verim və deyim ki, Azərbaycan heç bir dəhlizi bloklamayıb. Laçın–Xankəndi yoluna gəldikdə, o açıqdır. Sizin tanıdı­ğınız Ermənistan və Azərbaycan sərhə­dində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qo­yulub. Bu nəzarət-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin pos­tundan 20 metr aralıda yerləşir. Bu gün həmin nəzarət-buraxılış məntəqəsindən erməni milliyyətindən olan Azərbaycan vətəndaşları və Xankəndi şəhərindən təcili yardım maşınları keçir. Hər hansı qərəzsiz insan, təbii ki, bunu görməlidir. Zənnimcə, kürsüdən əsası olmayan itti­hamlar üçün istifadə etmək lazım deyil. Dediyim Zəngəzur dəhlizinə gəlincə, əgər mənim çıxışıma diqqətlə qulaq asıl­sa, orada deyilir ki, “Azərbaycan Zəngə­zur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb”. Hər hansı təşəbbüslə çıxış etmək bizim hüququmuzdur. Bizim doğ­ru, legitim, ağlabatan hesab etdiklərimiz, yeri gəlmişkən, o cümlədən, Rusiya Fe­derasiyası, Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması prosesinə cəlb olunmuş digərləri tərəfin­dən də dəstəklənir.

Baş nazir Nikol Paşinyan: Çox ma­raqlıdır, sağ olun. Vladimir Vladimiroviç, üzr istəyirəm, mənə çox maraqlıdır bilim ki, Sizin dediyiniz həmin layihəni Rusiya dəstəkləyirmi. Düzünü desəm, mən bu barədə ilk dəfədir eşidirəm. Bilirəm ki, Rusiya bizim regionda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların açılma­sını dəstəkləyir. Sizin dediyiniz Laçın yoluna gəlincə, bizim üçtərəfli Bəyanatı­mıza əsasən, Laçın yolu mövcud deyil, Laçın dəhlizi mövcuddur, bizim üçümü­zün imzaladığımız üçtərəfli Bəyanata əsasən, Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olmalıdır. Yaxud, başqa heç kim həmin dəhlizdə heç bir nəzarət həyata keçirə bilməz. Orada baş verən­lər – üçtərəfli Bəyanatın birbaşa pozul­masıdır. Siz dediniz ki, dəhliz açıqdır. Biz bunu görmürük. Biz belə hesab etmirik, buna görə də vacib hesab edirik ki, həm Laçın dəhlizinə, həm də Dağlıq Qaraba­ğa beynəlxalq missiya göndərilsin və bu missiya Dağlıq Qarabağda humanitar vəziyyəti dəyərləndirsin. Deməliyəm ki, orada təəssüflər olsun, dekabr ayından bəri humanitar böhran yaşayırıq. Çünki Laçın dəhlizinin bağlanması səbəbin­dən ərzaq və zəruri məhsulların tədarü­kü üçün maneələr yaradılır. Bu, olduqca ciddi vəziyyətdir, Azərbaycan tərəfindən qaz, elektrik kəsilib. Mən Dağlıq Qaraba­ğa gedən qaz və elektriki nəzərdə tutu­ram. Vladimir Vladimiroviç, Siz bu barədə çox yaxşı bilirsiniz, çünki biz bu barədə dəfələrlə danışmışıq. Mən üzr istəyirəm, lakin belə çıxır ki, ...

Prezident Vladimir Putin: Mən sizin siqnalları gördüm və buna reaksiya ve­rim. Həmkarlar öz mövqelərini söylədilər, qısaca, dürüst ifadə etdilər, bu, onlar üçün vacibdir. Bax, bunu demək istəyirəm. Bu hissənin sonunda mənə elə gəlir ki, biz sizinlə üçümüz hər halda yaxşı bilirik, terminologiya başqa sözlə hüquqi texni­kadır, dəhliz, digərləri, digərləri – bu, va­cibdir və burada müəyyən ziddiyyət var. Lakin daha vacib olanı indi Sizin – həm Azərbaycan Prezidentinin, həm Ermə­nistan baş nazirinin dediyi kimi prinsipial məsələ ərazi bütövlüyü məsələsidir. Bu razılaşma prinsipial xarakterlidir. Bu, di­gər, hər halda ikinci dərəcəli məsələlər üzrə razılığa gəlmək üçün həqiqətən ba­zadır. Halbuki onlar da mühüm əhəmiy­yətə malikdir. Lakin bizim indi imkanımız olacaq ki, razılaşdığımız kimi üçtərəfli formatda bütün bunlar barədə sakit və iş­güzar şəraitdə danışaq. Mən ümidvaram ki, təkcə Ermənistan və Azərbaycan ara­sında deyil, həm də bütövlükdə regionda vəziyyəti belə konstruktiv yola çıxaracaq hansısa razılaşmaya nail olacağıq. Sizi inandırmaq istərdim ki, buraya toplaşan­ların hamısı bunda maraqlıdır. Tam ha­mısı. Bax, Aleksandr Qriqoryeviç bu gün bu barədə qapalı formatda kifayət qədər inandırıcı danışdı. 

Çünki hər halda, burada nə deyəsən, burada Sovet İttifaqının keçmiş respub­likalarıdır. Biz vahid xalqlar ailəsində yaşamışıq və əfsuslar olsun ki, burada bizim xeyli ziddiyyətlərimiz var, silahlı münaqişələrə gedib çıxır. Rusiyada da məlum istiqamətdə eynisi baş verir. Buna görə də bütün bunlar olduqca həssasdır, bütün bunlar insan faciələri ilə bağlıdır. Biz hamımız maraqlıyıq ki, bütün bu problemlər həll olunsun. Bu vəziyyətə gəlincə, bir daha təkrar edirəm, bizim üçtərəfli formatda danışmaq fürsətimiz olacaq. Buna görə də Ermənistanın baş nazirinə və Azərbaycan Prezidentinə gəl­diklərinə görə minnətdaram. Ermənista­nın baş nazirinə minnətdaram ki, o, bu səfərə mane olmayıb. Biz hamımız bu­raya toplaşmışıq ki, bu həssas mövzular barədə danışaq. 

***

Sonra Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri Mixail Myasnikoviç çıxış etdi. 

Üzv dövlətlərin başçıları iclasın ye­kun sənədlərini imzaladılar. 

Rusiya Prezidenti Vladimir Putin icla­sın işinə yekun vurdu.

 

AZƏRTAC













Rəsmi xronika