“MƏRKƏZİ KLİNİKA” MMC 2026-cı il üçün klinikanın əmlakının və 3-cü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası üzrə açıq tender elan edir

post-img

Tender 5 Lot üzrə keçiriləcəkdir:

Lot-1. “Mərkəzi Klinika” MMC-nin binaları üzrə (icbari sığorta).

Lot-2. “Mərkəzi Klinika” MMC-nin manual- tibbi avadanlıqları üzrə.

Lot-3. “Mərkəzi Klinika” MMC-nin elektron cihazları üzrə.

Lot-4. “Mərkəzi Klinika” MMC-nin nəqliyyat vasitələrinin kompleks sığortası üzrə.

Lot-5. “Mərkəzi Klinika” MMC-nin 3-cü şəxslər qarşısındakı mülki məsuliyyəti üzrə.

Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır. Tenderdə iştirak etmək istəyən iddiaçılar lotlar üzrə aşağıda göstərilən ümumi iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra tenderin əsas şərtlər toplusunu Bakı şəhəri, Parlament prospekti 76 nömrəli ünvandan – “Mərkəzi Klinika” MMC-nin Hüquq şöbəsinə müraciət etməklə əldə edə bilərlər.

Əlaqələndirici şəxs: Xəlilov Firudin Ələsgər oğlu.

Telefon:* (+994012) 492-10-92 (daxili: 12 11), (99450) 7724303.

İştirak haqqı ümumilikdə 200 manat təşkil edir.

Təşkilat - “Mərkəzi Klinika” MMC

VÖEN - 1700951031

“Kapital Bank” ASC-nin Səbail filialı

VÖEN - 9900003611

Kod - 200059

M/h - AZ 37NABZ01350100000000001944

SWIFT - AIIBAZ2X

H/h - AZ08AIIB38060029440800727105

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tеnderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

a) tenderdə iştirak etmək üçün yazılı müraciət.

b) hüquqi statusu təsdiq edən sənədlər-nizamnamə.

c) şəhadətnamə və lisenziyanın surəti.

d) tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi.

ç) tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır).

e) təklifin 1 faizi məbləğində bank tərəfindən verilmiş təklif təminatı (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır).

f) iddiaçının son bir illik maliyyə vəziyyəti barədə məlumat.

j) iddiaçının vergi borcunun olub-olmaması barədə məlumat.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 18 mart 2026-cı il saat 17:00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 1 aprel 2026-cı il saat 17:00-a qədər Bakı şəhəri, Parlament prospekti 76 nömrəli ünvanda yerləşən “Mərkəzi Klinika” MMC-nin Hüquq şöbəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Təklif zərfləri 14 aprel 2026-cı il saat 15:00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tenderin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

a) Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluq.

b) Səmərəlilik.

c) Maliyyə və texniki imkanlar.

d) Xidmət keyfiyyəti.

“Mərkəzi Klinika” MMC-nin tender komissiyası

 

Reklam və elan