“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının balansındakı bəzi əmlakların müsabiqə yolu ilə satışının keçirilməsi bərədə elan

post-img

Müsabiqəyə çıxarılan əmlaklar barədə məlumat

1. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol ərazisi, 1-ci döngə, 3-cü dalan, 12 nömrəli ünvanda, 0,01319 hektar torpaq sahəsində yerləşən 431,8 kv.m sahədən ibarət fərdi yaşayış evi. Əmlak yüklü deyil.

Start qiymət - 370.000,0 (üç yüz yetmiş min manat) manat.

2. Bakı şəhəri, Xətai rayonu, 2944a nömrəli məhəllə, Xudu Məmmədov küçəsi A-1A nömrəli ünvanda 0,06206 hektar torpaq sahəsində yerləşən 1 790 kv.m qeyri-yaşayış binası (yarımçıq tikili). Əmlak yüklü deyil.

Start qiymət - 1.580.000,0 (bir milyon beş yüz səksən min manat) manat.

Ərizələrin qəbulunun başlanma və bitmə tarixi: 6 oktyabr 2025-ci il, saat 10.00 – 4 noyabr 2025-ci il, saat 16.00.

Müsabiqə qalibinin müəyyən edilməsi tarixi və saatı: 7 noyabr 2025-ci il, saat 16.00.

Müsabiqənin keçirildiyi ünvan: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, AZ-1022. Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 135.

Əmlakla, onun növü və parametrləri ilə bağlı sənədlərlə tanış olmaq qaydası və müddəti: 2025-ci il oktyabrın 6-dan 2025-ci il noyabrın 4-dək, həftənin 3 və 5-ci günləri, “Aqrarkredit” QSC-nin baş ofisində, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi 125 nömrəli ünvanda baxılmalıdır.

Əlaqəli şəxs: Şahin Seyidov. Tel:050-235-99-90.

İddiaçılar qarşısında irəli sürülən şərtlər

1. İddiaçı tərəfindən əmlakın elan olunan ilkin satış dəyərinin 0,5% faizi həcmində beh məbləği ödənilməlidir. Müsabiqənin qalibi hər hansı səbəbdən əmlakı almaqdan imtina etdiyi halda onun tərəfindən ödənilmiş beh məbləği geri qaytarılmır.

2. İddiaçılar tərəfindən təqdim edilmiş təklifdə əmlak üçün təklif olunan məbləğ aydın şəkildə rəqəmlə Azərbaycan dilində sözlə yazılmalı, iddiaçılar və ya onların etibarnamə ilə nümayəndələri tərəfindən imzalanmalıdır. Sözlə rəqəm arasında fərq aşkar edildikdə, sözlə ifadə olunmuş yazı əsas götürülür. Təklif müsabiqənin keçirilməsi haqqında məlumatda göstərilən müddət ərzində imzalanmış (əgər hüquqi şəxsdirsə möhürlənmiş) qapalı zərfdə “Aqrarkredit” QSC-yə təqdim edilməlidir.

3. Bir iddiaçı müsabiqədə iştirak etmək üçün yalnız bir ərizə verə bilər. İddiaçı Müsabiqə Komissiyasına yazılı bildiriş verməklə ərizələrin qəbulu müddəti bitənədək ərizəsini geri götürə bilər.

4. Müsabiqə günü iddiaçı və ya onun nümayəndəsi etibarnamə ilə müsabiqədə iştirak etməlidir. Təqdim edilmiş zərflər iddiaçılar və ya onların nümayəndəsinin iştirakıyla etibarnamə ilə açılır.

5. Müsabiqə zamanı əmlakın start qiymətindən ən yüksək qiymət təklif etmiş iddiaçı müsabiqənin qalibi elan olunur. İddiaçılar tərəfindən təqdim edilmiş təkliflər eyni məbləğ olduqda həmin iddiaçılar əmlak üçün təklif olunan məbləği göstərməklə yenidən təklif təqdim edirlər. Bu zaman da təklif məbləğləri eyni olduqda proses fərqli təklif olanadək davam etdirilir. Yenidən təklif verməkdən imtina edən iddiaçı müsabiqədə iştirak etmir.

6. Müsabiqənin qalibi əmlakın dəyərinin 30 (otuz) bank günü ərzində tam ödənilməsini təmin etmək barədə yazılı zəmanət verməlidir.

Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər

1. İddiaçının ərizəsi (ərizə forması “Aqrarkredit” QSC tərəfindən veriləcək).

2. İddiaçının şəxsiyyətini təsdiq edən sənəd.

3. Təklif (qiymət bağlı zərfdə rəqəm və sözlə göstərilməklə).

4. İddiaçı tərəfindən ödənilmiş beh məbləğini təsdiq edən qəbz.

5. Etibarnamə (nümayəndə iştirak etdikdə).

Qeyd: iddiaçı hüquqi şəxs olduqda – (Dövlət qeydiyyatı haqqında şəhadətnamə, nizamnamə, qanuni təmsilçinin və ya nümayəndənin şəxsiyyətini təsdiq edən sənəd (surəti).

Beh ödənilməsi üçün bank revizitləri

Kodu: 501587

VÖEN: 1300025711

SWIFT BIC: ACJTAZ22

Ünvan: Bakı şəhəri, AZ 1006. Qədirli küçəsi 125.

M/h Mərkəzi Bankda: AZ45NABZ 01350 1000 000 000 35944

H/h: AZ67ACJT45019192794010094401

 

Reklam və elan