Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası

post-img

AZƏRBAYCAN RESPUBLİKASININ RƏQƏMSAL İNKİŞAF VƏ NƏQLİYYAT NAZİRLİYİNİN KOLLEGİYASI QƏRAR

№ 3-27/3-7-12/2025

Bakı şəhəri 18 sentyabr 2025-ci il

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının “Ölkədaxili müntəzəm şəhərlərarası (rayonlararası), şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında sərnişindaşıma və şəhərlərarası (rayonlararası) müntəzəm avtobus marşrutlarında baqajdaşıma xidmətlərinin tariflərinin təsdiq edilməsi haqqında” 2024-cü il 20 iyun tarixli 3-27/3-7-8/2024 nömrəli, “Müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin təsdiq edilməsi haqqında” 2024-cü il 28 iyun tarixli 3-27/3-7-9/2024 nömrəli və “Metro nəqliyyatında sərnişindaşıma xidməti üzrə tarifin tənzimlənməsi barədə” 2024-cü il 28 iyun tarixli 3-27/3-7-10/2024/1 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 3.0.7-ci yarımbəndini və 5.11-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası qərara alır:

1. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının “Ölkədaxili müntəzəm şəhərlərarası (rayonlararası), şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında sərnişindaşıma və şəhərlərarası (rayonlararası) müntəzəm avtobus marşrutlarında baqajdaşıma xidmətlərinin tariflərinin təsdiq edilməsi haqqında” 2024-cü il 20 iyun tarixli 3-27/3-7-8/2024 nömrəli, “Müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin təsdiq edilməsi haqqında” 2024-cü il 28 iyun tarixli 3-27/3-7-9/2024 nömrəli və “Metro nəqliyyatında sərnişindaşıma xidməti üzrə tarifin tənzimlənməsi barədə” 2024-cü il 28 iyun tarixli 3-27/3-7-10/2024/1 nömrəli qərarlarında dəyişikliklər təsdiq edilsin (əlavə olunur).

2. Hüquq şöbəsi bu Qərarın qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

3. Bu Qərar 2025-ci il 1 oktyabr tarixindən qüvvəyə minir.

Kollegiyanın sədri,
rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının
2025-ci il 18 sentyabr tarixli 3-27/3-7-12/2025 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının “Ölkədaxili müntəzəm şəhərlərarası (rayonlararası), şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında sərnişindaşıma və şəhərlərarası (rayonlararası) müntəzəm avtobus marşrutlarında baqajdaşıma xidmətlərinin tariflərinin təsdiq edilməsi haqqında” 2024-cü il 20 iyun tarixli 3-27/3-7-8/2024 nömrəli, “Müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin təsdiq edilməsi haqqında” 2024-cü il 28 iyun tarixli 3-27/3-7-9/2024 nömrəli və “Metro nəqliyyatında sərnişindaşıma xidməti üzrə tarifin tənzimlənməsi barədə” 2024-cü il 28 iyun tarixli 3-27/3-7-10/2024/1 nömrəli qərarlarında edilmiş dəyişikliklər:

1. “Ölkədaxili müntəzəm şəhərlərarası (rayonlararası), şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında sərnişindaşıma və şəhərlərarası (rayonlararası) müntəzəm avtobus marşrutlarında baqajdaşıma xidmətlərinin tariflərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 2024-cü il 20 iyun tarixli 3-27/3-7-8/2024 nömrəli qərarı üzrə:

1.1. 2-ci hissəyə “70 qəpik” sözlərindən sonra “(həmin marşrut üzrə istifadə edilən bütün avtobuslarda (sıxılmış qaz və ya elektrik mühərriki ilə işləyən, yaxud 2025-ci il 1 yanvar tarixindən sonra istehsal edilən və dizel mühərriki ilə işləyən) gediş haqqının ödəniş aləti vasitəsilə ödənildiyi halda həmin avtobuslara münasibətdə 80 qəpik)” sözləri əlavə edilsin;

1.2. həmin qərarla təsdiq edilmiş “Ölkədaxili müntəzəm şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri”nə aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin:

“Qeyd: Bakı şəhərinin inzibati ərazisində şəhərətrafı və qəsəbələrarası müntəzəm sərnişin daşımalarında istifadə olunan dizel mühərriki ilə təchiz edilmiş avtobuslar istisna olmaqla, şəhərətrafı və qəsəbələrarası müntəzəm sərnişin daşımalarında konkret marşrut üzrə istifadə edilən bütün avtobuslarda (sıxılmış qaz və ya elektrik mühərriki ilə işləyən, yaxud 2025-ci il 1 yanvar tarixindən sonra istehsal edilən və dizel mühərriki ilə işləyən) gediş haqqının ödəniş aləti vasitəsilə ödənildiyi halda həmin avtobuslara münasibətdə bu Cədvəldə qeyd olunan tariflərə əlavə 0,10 manat tarif tətbiq edilir.”.

2. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 2024-cü il 28 iyun tarixli 3-27/3-7-9/2024 nömrəli qərarı ilə təsdiq edilmiş “Müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi”nə aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin:

“Qeyd: Bakı şəhərinin inzibati ərazisində şəhərdaxili müntəzəm sərnişin daşımalarında istifadə olunan dizel mühərriki ilə təchiz edilmiş avtobuslar istisna olmaqla, şəhərdaxili müntəzəm sərnişin daşımalarında konkret marşrut üzrə istifadə edilən bütün avtobuslarda (sıxılmış qaz və ya elektrik mühərriki ilə işləyən, yaxud 2025-ci il 1 yanvar tarixindən sonra istehsal edilən və dizel mühərriki ilə işləyən) gediş haqqının ödəniş aləti vasitəsilə ödənildiyi halda həmin avtobuslara münasibətdə bu Cədvəldə qeyd olunan tarifə əlavə 0,10 manat tarif tətbiq edilir.”.

3. “Metro nəqliyyatında sərnişindaşıma xidməti üzrə tarifin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 2024-cü il 28 iyun tarixli 3-27/3-7-10/2024/1 nömrəli qərarının 1-ci hissəsində “50” rəqəmləri “60” rəqəmləri ilə əvəz edilsin.

 

 

Reklam və elan