13 iyun 2025-ci il saat 14.00da “Quba konserv-2” ASC səhmdarlarının 2024-cü ilin maliyyətəsərrüfat fəaliyyəti ilə əlaqədar növbəti illik ümumi yığıncağı Quba şəhəri, Vaqif küçəsi 139 nömrəli ünvanda “Quba konserv-2” ASC-də keçiriləcəkdir.
Gündəlikdəki məsələlər:
1. Cəmiyyətin illik hesabatının, balansının, mənfəət və zərər hesabatlarının təsdiqi.
2. Cəmiyyətin yerləşdiyi dövlət mülkiyyətində olan 7,8 ha torpaq sahəsinin özəlləşdirilməsi və ya satınalma hüququ ilə icarəyə götürülməsi barədə Əmlak Məsələləri Dövlət Xidmətinin müraciətinə baxılması.
3. Digər cari məsələlər.
Ümumi yığıncaqda iştirak edən səhmdar və ya nümayəndəsi şəxsiyyətini təsdiq edən sənədin əslini (nümayəndə olduqda isə etibarnaməsinin notarial təsdiqlənmiş surətini) təqdim etməlidir.