AZƏRBAYCAN RESPUBLİKASININ RƏQƏMSAL İNKİŞAF VƏ NƏQLİYYAT NAZİRLİYİNİN KOLLEGİYASI QƏRAR

post-img

№ 3-27/3-7-18/2024

Bakı şəhəri 18 dekabr 2024-cü il

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyasının 2019-cu il 19 fevral tarixli 003 nömrəli qərarı ilə təsdiq edilmiş “Zirə Dəniz Limanı üzrə məcburi Qaydalar”da dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.11-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası

qərara alır:

1. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyasının 2019-cu il 19 fevral tarixli 003 nömrəli qərarı ilə təsdiq edilmiş “Zirə Dəniz Limanı üzrə məcburi Qaydalar”da dəyişikliklər təsdiq edilsin (əlavə olunur).

2. Hüquq şöbəsi bu Qərarın qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

3. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

Kollegiyanın sədri,
rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 2024-cü il 18 dekabr tarixli 3-27/3-7-18/2024 nömrəli qərarı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyasının 2019-cu il 19 fevral tarixli 003 nömrəli qərarı ilə təsdiq edilmiş “Zirə Dəniz Limanı üzrə məcburi Qaydalar”da edilmiş dəyişikliklər:

1.Aşağıdakı məzmunda 1.5-ci bənd əlavə edilsin:

“1.5. Limanda təhlükəli yüklərin aşırılmasına və daşınmasına dair tələblər Azərbaycan Respublikasının tərəfdar çıxdığı

beynəlxalq müqavilələr, “Dəniz limanları haqqında” Azərbaycan Respublikası Qanunu, “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 aprel tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları” (bundan sonra - “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları”) və 2015-ci il 8 sentyabr tarixli 296 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları”, eləcə də bu Qaydalar ilə tənzimlənir.”.

2. 6.13-cü bənd aşağıdakı redaksiyada verilsin:

“6.13. Bu bəndin ikinci cümləsində qeyd edilən hallar istisna olmaqla, “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları”nın 2.2-ci bəndində qeyd edilən 3-cü, 6-cı, 7-ci və 9-cu siniflər üzrə təhlükəli yüklər daşıyan gəmilərin limana daxil olmasına və körpülərə yanalmasına icazə verilmir. Həmin gəmilərin limana daxil olmasına və körpülərə yanalmasına bunker əməliyyatlarının həyata keçirilməsi, həmçinin qəzalı vəziyyətdə olduqda insan həyatının təhlükəsizliyinin təmin edilməsi məqsədilə liman kapitanının və liman dispetçerinin icazəsi əsasında yol verilir”.

3. 8.7-ci bənd aşağıdakı redaksiyada verilsin:

“8.7. Limanın akvatoriyasında bunker əməliyyatları ətraf mühitin mühafizəsinə dair bütün müvafiq tədbirlərin görülməsi, o cümlədən neft və ya neft məhsullarının ətraf mühitə yayılmasının qarşısının alınması məqsədilə istifadə edilən texniki vasitələrin hazır vəziyyətdə (bunker əməliyyatları zamanı qəza baş verdikdə dərhal istifadə edilə bilməsi üçün) saxlanılması şərtilə həyata keçirilməlidir.”.

4. Aşağıdakı məzmunda 8.12-ci bənd əlavə edilsin:

“8.12. Limanda təhlükəli yüklərin aşırılması və daşınması zamanı limanın quru ərazisinin və (və ya) akvatoriyasının insan sağlamlığı və (və ya) ətraf mühit üçün təhlükəli və (və ya) zərərli olan maddələr ilə çirkləndirilməsi halında gəmi kapitanı bu barədə liman kapitanına və liman idarəsinə dərhal məlumat verməli, çirkləndirmənin nəticələrinin aradan qaldırılması üçün tədbirlər görməlidir”.

5. 13.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“Limanda “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları”nın 2.2-ci bəndində qeyd edilən 1-ci, 2-ci, 4-cü, 5-ci və 8-ci siniflər üzrə təhlükəli yüklərin, eləcə də bütün tip və ölçülü konteynerlərin, poladəritmə və meşə sənayesi məhsullarının, qalaq şəklində olan yüklərin, qablaşdırılmış tez xarab olan yüklərin, digər qablaşdırılmış (kisə, yeşik, paket və s.) yük növlərinin, avtomobil və tırtıllı texnikanın aşırılması, həmçinin onların daşınması həyata keçirilə bilər”.

 

 

Reklam və elan