Naxçıvan Ali Məclisinin son iclası

post-img

Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Ali Məclisin payız sessiyasının sonuncu iclası keçirilib.

Əvvəlcə dekabrın 25-də Bakı-Qroznu istiqamətində uçan Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İclasda Ali Məclis Aparatının rəhbəri Ülvi Hüseynli Naxçıvan Muxtar Respublikası Ali Məclisinin illik fəaliyyəti ilə bağlı məlumat verib. Ali Məclis sədrinin müavini Arzu Abdullayev, deputatlardan Emin Şıxəliyev, Zeynəb Quliyeva, Təhminə Babayeva və Əziz Qasımov çıxış ediblər.

Sədr müavini iclas iştirakçılarını və muxtar respublikanın bütün sakinlərini qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.

Bununla Ali Məclisin 2024-cü il payız sessiyası başa çatıb.

XQ

Son xəbərlər