“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti
tabeliyindəki “Bibiheybət” Gəmi Təmiri Zavodu üçün iaşə xidmətlərinin satın alınması məqsədilə ikimərhələli (1-ci mərhələ texniki tələblər, 2-ci mərhələ kommersiya qiymətləndirilməsi)
MÜSABİQƏ ELAN EDİR
Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 2024-cü il dekabrın 19-u saat 17:00-dəkdir.
Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Əlaqə telefonu– (012) 404-37-00, daxili: 1144.
Ünvan: Bakı, Mikayıl Useynov küçəsi 2.