“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti
ASCO-nun Dəniz Nəqliyyatı Donanmasının inzibati binasında dam örtüyünün vurulması xidmətlərinin satın alınması (mal- material və işçi qüvvəsi daxil olmaqla) məqsədilə
Müsabiqə Elan Edir
Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 2024-cü il sentyabrın 17-si saat 17.00-dəkdir.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Əlaqə telefonu- (012) 404-37-00, daxili: 1263.
Ünvan- Bakı şəhəri, Mikayıl Useynov küçəsi 2.