Doktorantura (fəlsəfə doktoru proqramı üzrə)
2506.01 – Geologiya – 1 yer (əyani)
2507.01 – Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları – 1 yer (əyani)
2512.01 – Ümumi və regional geologiya – 1 yer (əyani)
2521.01 – Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı – 1 yer (əyani)
Dissertantura (elmlər doktoru proqramı üzrə)
2508.01 – Geoekologiya – 1 yer
QEYD – 1. Doktorantura və dissertanturaya qəbul yerləri ödənişsizdir.
2. Doktorantura və dissertanturaya sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcəkdir. Sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər.
3. Sənədlərin təqdim edilmə müddəti 2024-cü il aprel ayının 16-dan may ayının 15-dəkdir.
Telefon – 510 01 41 (143), mob.: +994507837328.