Elektromobillərə geniş meydan açılır

post-img

Aprelin 17-də Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun rəhbərliyi ilə “Elek-trik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 mart tarixli Sərəncamın­dan irəli gələn tədbirlərin həyata keçirilməsi ilə bağlı iclas keçirilib.

Nazirlər Kabinetinin mətbuat xid­mətindən bildiriblər ki, Baş nazir iclası açaraq “Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edil­məsi haqqında” Azərbaycan Respubli­kası Prezidentinin Sərəncamından irəli gələn tədbirlər, onların icrasının gedişi və qarşıda duran vəzifələr barədə mə­lumat verib.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və energetika nazirinin müavini Samir Vəliyev məruzələrlə çıxış ediblər.

İclasda elektrik mühərrikli nəqliy­yat vasitələrindən istifadənin və elekt­rik enerjisi doldurma məntəqələrinin (EDM) əhatə dairəsinin genişləndiril­məsi, bu sahədə zəruri infrastrukturun yaradılması, onların dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi tədbirlərinin görülməsi, habelə bu işlərə sahibkarlıq subyektlərinin cəlb olunması məqsədilə normativ hüquqi aktların təkmilləşdiril­məsi və digər zəruri məsələlər barədə müzakirələr aparılıb.

Sonra qarşıda duran vəzifələr is­tiqamətində irəli sürülən təkliflər nəzərə alınmaqla aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.



Son xəbərlər