“AZƏRİŞIQ” ASC AÇIQ TENDER ELAN EDİR

post-img

“AZƏRİŞIQ” ASC

Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə aid tələblər proqramına əsasən pivot suarma tətbiq edilmiş və ərzaqlıq buğda əkilmiş sahələrin xarici elektrik təchizatının təmin olunması işlərinin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir: 

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhür­lənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsin­lər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üçün göstərilən məbləğdə iştirak haqqını qeyd olunan hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Mirzəağa Əliyev küçəsi 130 nömrəli ünvanda yerləşən “Azərişıq” ASC-nin inzi­bati binasından ala bilərlər.

LOT-1 

Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilmə­sinə aid tələblər proqramına əsasən pivot suarma tətbiq edilmiş və ərzaqlıq buğda əkilmiş sahələrin xarici elektrik təchizatının təmin olunması işlərinin satın alınması. 

İştirak haqqı 1500 manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Təşkilat– “Azərişıq” ASC

H/h: AZ83AIIB33020029441802068118

VÖEN: 9900069391

Benefisiarın Bankı: “Kapital Bank”ın Gənclik filialı

Kod: 200189

VÖEN: 9900003611

M/h: AZ37NABZ01350100000000001944 

SWIFT Code: AIIBAZ2X

Əlaqələndirici şəxs Namik Heybətovdur.

Əlaqə telefonu (şəhər): 012 440 39 93 (daxili 92-19) 

Elektron poçt: [email protected]

Ünvan: AZ1009, Bakı şəhəri, M.Əliyev küçəsi 130.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim et­məlidirlər:

1. Tenderdə iştirak etmək üçün yazılı müraciət.

2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi.

3. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi və qeydiy­yatdan keçdiyi ölkə; (sənədlərin əsli və ya əsli olmadıqda notarial qaydada təsdiq olunması zəruridir.)

4. İddiaçının VÖEN-i, bank rekvizitləri, ünvanı, dövlət reyestrin­dən çıxarış (sənədlərin əsli və ya əsli olmadıqda notarial qaydada təsdiq olunması zəruridir.)

5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödə­nişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış (sənədlərin əsli və ya əsli olmadıqda notarial qaydada təsdiq olunması zəruridir.)

6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.

7. İddiaçının yüklülük haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş arayışı (sənədlərin əsli və ya əsli olmadıqda notarial qay­dada təsdiq olunması zəruridir).

8. İddiaçının mikro, kiçik , orta və ya iri sahibkarlıq subyektlərinə aid olması barədə sənəd.

9. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank ara­yışı (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti döv­ründəki).

10. İddiaçının son 3(üç) illik və ya fəaliyyətə başladığı dövrdən iş təcrübəsi, yerinə yetirdiyi böyük cari işlər və müqavilələr barədə məlumatlar və analoji işlərdə təcrübəsi haqqında məlumat.

11. Dövlət sifarişi əsasında baş podratçı qismində iştirak etdiyi ən azı 1 ( beş milyon manatdan az olmamaqla) layihəni uğurla icra etməsi haqqında məlumat və təsdiqedici sənədlər təqdim edilmə­lidir.

12. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzin­də özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məh­kum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məş­ğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd.

13. Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziya və ya icazə sənədi.

14. Rəhbər şəxs və ya şəxslərin təyin olunması haqqında sənəd (əmr).

Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır).

Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 bank günü çox olmalıdır).

Sənədlər Azərbaycan dilində 2 (iki) nüsxədə (1 əsli və 1 surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tər­cümə edilməlidir).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçiriləcəkdir (www.tender.gov.az).

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 5 fevral 2024-cü il saat 15.00-a, ixtisas uyğunluğu prosedurunu keçmiş iddiaçılar isə tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 14 fev­ral 2024-cü il saat 15.00-a qədər Bakı şəhəri, Mirzağa Əliyev küçəsi 130 nömrəli ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olnan zərflər açılmadan geri qay­tarılacaqdır.

İddiaçıların təklifləri 15 fevral 2024-cü il saat 15.00-da Bakı, Mir­zağa Əliyev küçəsi 130 nömrəli ünvanda “Azərişıq” ASC-nin inzibati binasında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştitrak edə bilərlər.

“AZƏRİŞIQ” ASC-nin
tender komissiyası

Reklam və elan