Su-57-lərə sifariş artıb

post-img

2023-cü ildə beşinci nəsil Su-57 qırıcıları üçün dövlət müdafiə sifarişi 2 dəfə artıb. TASS xəbər verir ki, bunu "Rossiya 24" telekanalına müsahibəsində Birləşmiş Aviasiya Korporasiyasının rəhbəri Yuri Slyusar bildirib.

O, korporasiyanın dövlət müdafiə sifarişini yerinə yetirdiyini, məhsulları vaxtında təhvil verdiyini vurğulayıb. Eyni zamanda, korporasiyanın bəzi zavodları cədvəli qabaqlayıb.

“Bütün fabriklərdə sifarişlərimiz xeyli artıb. Yeni təyyarələrə gəlincə isə Su-57 təyyarələrinin sifarişi sözün həqiqi məna­sında iki dəfə artıb”, – deyə Slyusar vur­ğulayıb.

Onun sözlərinə görə, Su-57 istehsalı çətin təyyarədir, lakin korporasiya onu si­farişçiyə çatdıra bilib. Korporasiya rəhbəri əlavə edib ki, 2024-cü il üçün sifariş daha böyükdür.

Sentyabrda məlum olub ki, Qaqarin adına Komsomolsk-na-Amure Aviasiya Zavodu növbəti seriyalı Su-57 qırıcılarını və Su-35S nəsil 4++ təyyarələrini Rusiya Müdafiə Nazirliyinə təhvil verib.

XQ

Dünya