30 yanvar 2024-cü il saat 11.00-da “Çörək Nəqliyyat “ATSC səhmdarlarının növbədənkənar ümumi yığıncağı Bakı şəhəri, Qara Qarayev prospektində yerləşən “Sevinc “ yay kinoteatrının binasında keçiriləcəkdir.
Yığıncağın gündəliyi:
1. Yığıncağın keçirilməsi ilə əlaqədar prosedur məsələlərin həll edilməsi (yığıncağın sədrinin, katibinin və hesablama komissiyasının təyin olunması).
2.Cəmiyyətin ləğvi və bununla əlaqədar bütün digər məsələlərin həll olunması üçün qərar qəbul edilməsi.
3. Cəmiyyətin ləğvetmə komissiyasının (təsviyəçinin) təyin edilməsi.
4.Cəmiyyətin səhmlərinin ləğv edilərək dövriyyədən çıxarılması və bununla əlaqədar bütün digər məsələlərin həlli barədə qərar qəbul edilməsi.
QEYD-Səhmdarlar yığıncağın gündəliyinin materialları ilə yığıncaqda tanış ola bilərlər.
İdarə heyəti