Azərbaycan Turizm və Menecment Universiteti aşağıda adları qeyd olunan kafedralarda vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir

post-img

İctimai fənlər kafedrası:

Müəllim – 1 yer

Nəqliyyat, informasiya, kommuni­kasiya texnologiyaları və təbiət elmləri kafedrası:

Müəllim – 1 yer (0,5 ştat)

Beynəlxalq münasibətlər kafedrası:

Müəllim – 2 yer

Müəllim – 1 yer (0,5 ştat)

Turizm biznesi kafedrası:

Müəllim – 1 yer

Dillər kafedrası:

Müəllim – 2 yer

Müəllim – 1 yer (0,5 ştat)

İqtisadiyyat kafedrası:

Müəllim – 2 yer

Menecment kafedrası:

Müəllim – 2 yer

Müəllim – 1 yer (0,5 ştat)

Müsabiqədə elmi-pedaqoji və ya ix­tisası üzrə ən azı 1 il iş stajı olan elmlər namizədləri, eləcə də ən azı 3 il elmi-pe­daqoji iş stajı və ya istehsalat təcrübəsi, çap olunmuş elmi-metodiki işləri olan ali təhsilli mütəxəssislər iştirak edə bilərlər. 

Sənədlər elan qəzetdə dərc olundu­ğu gündən bir ay müddətində (şənbə, bazar və bayram günləri istisna olmaq­la) saat 10.00-dan 17.00-dək Azərbay­can Turizm və Menecment Universite­tinin İnsan resursları şöbəsinə təqdim edilməlidir.

Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər:

1. Rektorun adına ərizə.

2. Kadrlar uçotunun şəxsi vərəqəsi (4x6 sm ölçüdə fotoşəkillə).

3. Tərcümeyi-hal.

4. Şəxsiyyət vəsiqəsinin surəti. 

5. Profilə uyğun ali təhsil, elmi dərə­cə və elmi ad haqqında sənədlərin təs­diq olunmuş surətləri.

6. Elmi və elmi-metodiki işlərin siya­hısı.

Qeyd: 1. Həmin ali təhsil müəs­sisələrində işləyən şəxsin müsabiqədə iştirak etmək üçün yalnız rektorun adına ərizə, elmi və elmi-metodiki işlərin siya­hısını təqdim etməsi kifayətdir.

2. Namizədin göstəriciləri və­zifə tələblərinə uyğun gəlmədikdə və ya ərizənin verilmə müddəti bitdikdə sənədlərin qəbulundan imtina olunur.

Telefon: 564-42-33 (daxili - 115).

Ünvan: AZ1072, Bakı şəhəri, K.Rəhimov küçəsi 822/23-cü məhəllə, 103-cü otaq.

Reklam və elan