“Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı bərpa, tikinti və idarəetmə xidməti” Publik Hüquqi Şəxsi AÇIQ TENDER ELAN EDİR

post-img

“Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı bərpa, tikinti və idarəetmə xidməti” Publik Hüquqi Şəxsi 

“Zəngilan rayonunun Cahangirbəyli kənd yaşayış məntəqəsində qeyri-yaşayış obyektlərinin tikintisi” işlərinin satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR 

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçür­dükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Səbail rayonu, Maqomayev küçəsi 56 nömrəli ünvanda yerləşən “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin satınalma şöbəsin­dən əldə edə bilərlər.

Əlaqələndirici şəxs – satınalmalar şöbəsinin baş məsləhətçisi – Zaur İbrahimov.

E-mail: [email protected]

Tel: + 994512078998.

Tenderdə iştirak haqqı 1500,00 ( bir min beş yüz manat) manatdır. 

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Təşkilat - “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxs

VÖEN – 5200287501

BANK – “KAPİTAL BANK” ASC-nin 28 may filialı

Kod – 200123

VÖEN – 9900003611 

M/h – AZ37NABZ01350100000000001944

H/h – AZ31AIIB380300D9447648156112

S.W.İ.F.T. – AIIBAZ2X

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

• Tenderdə iştirak etmək üçün ərizə.

• İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi.

• Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü ərzində qüvvədə olmalıdır).

• Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır).

• Tender iştirakçısının tam adı, nizamnaməsi (hüquqi şəxslər üçün) və qeydiyyatdan keçdiyi rek­vizitləri.

• Malgöndərənin (podratçının) işin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə konkret subpodratçının adı göstərilməklə məlumatlar (əlavə №19).

• Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış. (tender elanından sonrakı tarixdə alınmış sənəd təqdim edilməlidir).

• Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəa­liyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Ver­gi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış. (tender elanından sonrakı tarixdə alınmış sənəd təqdim edilməlidir).

• İddiaçının satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması (şəxsin səlahiyyətli olması barədə əmr təqdim edilməlidir).

• Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə arayış. (tender elanından sonrakı tarixdə alınmış sənəd təqdim edilməlidir).

• Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti da­yandırılmış şəxs olmaması barədə arayış. (tender elanından sonrakı tarixdə alınmış sənəd təqdim edilməlidir).

• Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqə­dar cinayətə görə məhkum olunmaması, yaxud on­ların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış. (tender elanından sonrakı tarixdə alınmış sənəd təqdim edilməlidir).

• Müvafiq sahibkarlıq fəaliyyəti növünün hə­yata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması və onun əsasında həyata keçirilmə­sinə icazə verilən işlərin siyahısı.

• Malgöndərənin (podratçının) son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti (vergi orqanının rəsmi blankında və ya elektron sənədin notarial qaydada təsdiqlənmiş surəti təqdim edilməlidir).

• Kənar audit tərəfindən tərtib olunmuş son bir ildəki audit hesabatları.

• Baş podratçı kimi son 3 il (2020-ci il yanvarın 1-dən 2022-ci il dekabrın 31-dək ) ərzində ümumi məbləği 15 (on beş) milyon manatdan az olmayan, müraciət edənin hissəsi isə ən azı 7 (yeddi ) milyon manat olan (müraciət edən müqaviləni birgə müəs­sisənin üzvü kimi icra etmişdirsə) və oxşar işi əhatə edən (oxşarlıq: layihə və texniki spesifikasiyalarda təsvir edilən fiziki ölçüyə, mürəkkəbliyə, metodlara, texnologiyaya və digər xüsusiyyətlərə əsaslanma­lıdır) ən azı 3 (üç) sifarişi qənaətbəxş şəkildə icra etməsi haqqında məlumat və istismara qəbul və icazə aktları təqdim edilməlidir;

• Son üç il (2020-ci il yanvarın 1-dən 2022-ci il dekabrın 31-dək) ərzində tikinti-quraşdırma işləri üzrə ən azı 15 (on beş) milyon manat dövriyyə tələb olunur, həmçinin TMV-nin 1.6-cı bəndində tələb olu­nan digər sənədlər.

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təmina­tı istisna olmaqla) 5 fevral 2024-cü il saat 16.00-a, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 14 fevral 2024-cü il saat 16.00-a qədər Bakı şəhəri, Səbail rayonu, Maqomayev küçəsi 56 nömrəli ünvanda yerləşən “Şərqi Zəngəzur İqtisa­di Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin satınalma şöbəsinə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açıl­madan geri qaytarılacaqdır. 

Tender iştirakçılarının təklifləri Bakı şəhəri, Sə­bail rayonu, Maqomayev küçəsi 56 nömrəli ünvan­da yerləşən “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətində 15 fevral 2024-cü il saat 16.00-da açılacaqdır.

Tender iştirakçılarının səlahiyyətli nümayən­dələri zərflərin açılışında iştirak edə bilərlər.

Tender komissiyası

Reklam və elan