“Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxsi AÇIQ TENDER ELAN EDİR

post-img

“Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxsi 

“Cəbrayıl rayonunun Horovlu kənd yaşayış məntəqəsində qeyri-yaşayış obyektlərinin tikintisi” işlərinin satın alınması üçün 

AÇIQ TENDER ELAN EDİR 

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçür­dükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Səbail rayonu, Maqomayev küçəsi 56 nömrəli ünvanda yerləşən “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bər­pa, Tikinti və İdarəetmə Xidməti”nin satınalma şö­bəsindən əldə edə bilərlər.

Əlaqələndirici şəxs satınalmalar şöbəsinin baş məsləhətçisi Zaur İbrahimov.

E-mail: [email protected]

Telefon- + 994512078998.

İştirak haqqı 1500,00 (bir min beş yüz manat) manatdır. 

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Təşkilat – “Şərqi Zəngəzur İqtisadi Rayonun­da 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxs

VÖEN- 5200287501

BANK-“KAPİTAL BANK” ASC-nin 28 may filialı

Kod- 200123

VÖEN- 9900003611 

M/h: AZ37NABZ01350100000000001944 

H/h- AZ31AIIB380300D9447648156112

S.W.İ.F.T. : AIIBAZ2X

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

• Tenderdə iştirak etmək üçün ərizə.

• İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi.

• Tender təklifi (zərflərin açıldığı tarixdən son­ra ən azı 50 bank günü ərzində qüvvədə olma­lıdır).

• Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır).

• Tender iştirakçısının tam adı, nizamnaməsi (hüquqi şəxslər üçün), qeydiyyatdan keçdiyi rek­vizitləri.

• Malgöndərənin (podratçının) işin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə konk­ret subpodratçının adı göstərilməklə məlumatlar (əlavə №19).

• Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış; (tender elanından sonrakı tarixdə alınmış sənəd təqdim edilməlidir).

• Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəa­liyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış; (tender elanından sonrakı tarixdə alınmış sənəd təqdim edilməlidir).

• İddiaçının satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması (şəxsin səlahiyyətli olması barədə əmr təqdim edilməlidir).

• Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə arayış; (tender elanından sonrakı tarixdə alınmış sənəd təqdim edilməlidir).

• Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış; (tender elanından sonrakı tarixdə alınmış sənəd təqdim edilməlidir).

• Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqə­dar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olma­sının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış; (tender elanından sonrakı tarixdə alınmış sənəd təqdim edilməlidir).

• Müvafiq sahibkarlıq fəaliyyəti növünün hə­yata keçirilməsi və ya müəyyən hərəkətlərin ye­rinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması və onun əsasında həyata keçirilməsinə icazə verilən işlərin siyahısı.

• Malgöndərənin (podratçının) son bir ildə­ki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti (vergi orqanının rəsmi blankında və ya elektron sənədin notarial qaydada təsdiq olunmuş surəti təqdim edilməlidir).

• Kənar audit tərəfindən tərtib olunmuş son bir ildəki audit hesabatları.

• Baş podratçı kimi son 3 il (2020-ci il yanvarın 1-dən 2022-ci il dekabrın 31-dək ) ərzində ümumi məbləği 20 (iyirmi) milyon manatdan az olmayan, müraciət edənin hissəsi isə ən azı 10 (on ) milyon olan (müraciət edən müqaviləni birgə müəssisə­nin üzvü kimi icra etmişdirsə) və oxşar işi əhatə edən (oxşarlıq: layihə və texniki spesifikasiyalarda təsvir edilən fiziki ölçüyə, mürəkkəbliyə, metodla­ra, texnologiyaya və digər xüsusiyyətlərə əsaslan­malıdır) ən azı 5 (beş) sifarişi qənaətbəxş şəkildə icra etməsi haqqında məlumat və istismara qəbul və icazə aktları təqdim edilməlidir.

• Son üç ( 2020-ci il yanvarın 1-dən 2022-ci il dekabrın 31-dək) ərzində tikinti- quraşdırma işləri üzrə ən azı 20 (iyirmi) milyon manat dövriyyə tələb olunur, həmçinin TMV-nin 1.6-cı bəndində tələb olunan digər tələblər.

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təmi­natı istisna olmaqla) 10 yanvar 2024-cü il saat 16.00-a, tender təklifi və bank təminatını isə mö­hürlənmiş ikiqat zərfdə 18 yanvar 2024-cü il saat 16.00-a qədər Bakı şəhəri, Səbail rayonu, Maqo­mayev küçəsi 56 nömrəli ünvanda yerləşən “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Ti­kinti və İdarəetmə Xidməti”nin satınalma şöbəsinə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. 

Tender iştirakçılarının təklifləri Bakı şəhə­ri, Səbail rayonu, Maqomayev küçəsi 56 nöm­rəli ünvanda yerləşən “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətində 19 yanvar 2024-cü il saat 16.00-da açılacaqdır.

Tender iştirakçılarının səlahiyyətli nümayən­dələri zərflərin açılışında iştirak edə bilərlər.

Tender komissiyası

Reklam və elan