Lənkəran Dövlət Universiteti AÇIQ TENDERƏ DƏVƏT EDİR

post-img

Tender 1 lot üzrə keçirilir.

LDU-nun H.Z.Tağıyev küçəsi 118 nöm­rəli ünvanda yerləşən yataqxana və tədris binasının həyətində tikiləcək 5 mərtəbəli la­boratoriya binasının layihə -smeta sənədlə­rinin hazırlanmasının satın alınması. 

Tender iştirakçıları https://www.etender.gov.az dövlət satınalmalarının vahid internet portalına (portal) elektron imzalar vasitəsilə daxil olmaqla tender haqqında ətraflı məlu­matı əldə edə bilərlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkan­lara malik olmalıdırlar. İxtisas uyğunluğunun müəyyənləşdirilməsində analoji işlərdə təc­rübəyə, maliyyə vəziyyətinə və müqavilənin vaxtında yerinə yetirilməsi üçün zəruri po­tensial meyarlara üstünlük veriləcəkdir.

İştirak haqqının ödənilməsi yalnız Asan ödəniş vasitəsilə həyata keçirilə bilər. 

Müsabiqədə iştirak etmək üçün portal vasitəsilə müsabiqəyə daxil olduqdan sonra Asan ödəniş et düyməsini sıxaraq aidiyyatı keçid vasitəsilə ödənişi etdikdən sonra mü­sabiqədə iştirak etmək olar.

İştirak haqqı 100.00 (bir yüz manat) ma­natdır.

İştirak haqqı heç bir halda geri qaytarıl­mır.

İddiaçılar tenderdə iştirak üçün aşağıda­kı sənədləri təqdim etməlidirlər:

İddiaçının tam adı, hüquqi statusu, ni­zamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (sənədin originalı skan edilməli və pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir).

Tender təklifi (təkliflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olma­lıdır).

Tender təklifi dəyərinin 1 faizi həcmin­də bank təminatı (tender təklifi təminatının qüvvədə olma müddəti tender təklifinin qü­vvədə olma müddətindən 30 bank günü çox olmalıdır).

Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetiril­məsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müd­dət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəl­ləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması (arayış 2023-cü ilin dekabr ayı əzrində veril­miş olmalı və malgöndərənin öz öhdəliklərini yerinə yetirmək üçün potensial imkana ma­lik olmasını təsdiq etməli, həmçinin arayışı verən orqan tərəfindən və ya notarial qayda­da təsdiq olunmalıdır).

İddiaçının son bir ildəki fəaliyyəti haqqın­da vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (2022-ci il üçün).

İddiaçının son bir ildəki maliyyə vəziyyə­ti haqqında bank arayışı (sənədin originalı skan edilməli və pdf formatında yerləşdiril­məlidir. Əgər sənəd elektron formada alınıb­sa, notarial təsdiq edilməsi mütləqdir); bank arayışı 2023-cü ilin dekabr ayı əzrində veril­miş olmalıdır.

Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığı­nın, təcrübəsinin, texniki imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlı­lığının olması (iddiaçılar tərəfindən müvafiq sahədə peşəkarlığının, təcrübəsinin və ixti­saslı kadr imkanlarının mövcudluğu barədə təsdiqedici sənədlər təqdim olunmalıdır. (büdcə və fərdi sahibkarlarla müqavilələrin surətləri, layihənin həyata keçirilməsində iştirak edəcək işçilərin CV və mövcud ser­tifikatları).

Satınalma müqaviləsini bağlamaq sə­lahiyyətinin olması; malgöndərənin (pod­ratçının) kommersiya qurumunun dövlət reyestrindən çıxarışının və vergi uçotunda olduğunu təsdiq edən sənədin surəti (sənə­din notarial qaydada təsdiqlənməsi mütləq­dir).

Mikro, kiçik və orta sahibkarlıq meyar­larına uyğun olması barədə məlumat (sta­tistika komitəsindən alınmalıdır. Sənədin originalı skan edilməli və pdf formatında yer­ləşdirilməlidir. Əgər, sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir).

Öz əmlakından sərbəst və məhdudiyyət­siz istifadə etmək imkanı, habelə ödəmə qa­biliyyəti olması barədə sənədi malgöndərən (podratçı) uçotda olduğu vergi orqanından alır. (əgər sənəd elektron formada alınıbsa notarial qaydada təsdiq edilməsi mütləqdir). Arayış 2023-cü ilin dekabr ayı əzrində veril­miş olmalıdır.

Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş giro­vun olmaması, məhkəmənin qərarı ilə kom­mersiya fəaliyyəti dayandırılmış şəxs olma­ması barədə sənədi malgöndərən (podratçı) uçotda olduğu vergi orqanından alır. (əgər sənəd elektron formada alınıbsa notarial qaydada təsdiq edilməsi mütləqdir). Arayış 2023-cü ilin dekabr ayı ərzində verilmiş ol­malıdır.

Satınalma prosedurlarının başlanmasın­dan əvvəlki 5 il ərzində özlərinin, habelə işlə­rini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yan­lış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların mü­vafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məhkumluq haqqında arayış (DİN və ya ASAN xidmət mərkəzlərindən).

Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlə­rin yerinə yetirilməsi üçün müvafiq lisenziya və ya icazə.

Digər müvafiq sənədlər (əsas şərt­lər toplusunda müəyyən edilmiş müvafiq sənədlər).

Sənədlər Azərbaycan dilində tərtib olun­malıdır (xarici dildəki tender təklifləri Azər­baycan dilinə tərcümə edilməlidir).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasıın Qa­nununa uyğun keçiriləcəkdir. İddiaçılar ten­derlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 20 dekabr 2023-cü il saat 17.00-a, tender təklifi və bank təmi­natını isə 28 dekabr 2023-cü il saat 17.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 29 dekabr 2023-cü il saat 17.00-da açılacaqdır. 

İddiaçılar açılışın nəticələri ilə portal va­sitəsilə tanış ola bilərlər.

Qeyd-tenderdə iştirak, tenderin qiymət­ləndirilməsi və digər bütün prosedurlar yal­nız elektron qaydada portal vasitəsilə apa­rılır.

Tender komissiyası

Reklam və elan