11 dekabr 2023-cü il saat 15.00-a təyin edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 nömrəli ünvanda keçiriləcək “Səba” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının növbədənkənar ümumi yığıncağının gündəliyinə dəyişikliklər edilmişdir.
Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlərin müzakirəsi daxil edilmişdir:
1. “Səba” Açıq Səhmdar Cəmiyyətinin təsisçisi olduğu “Dəvəçi Broyler Dərin Emal” MMC-nin ləğv edilməsi haqqında.
2. “Səba”ASC-nin törəmə cəmiyyəti olan “Qarabağ Taxıl” MMC-nin 2022-ci maliyyə-təsərrüfat ilinin nəticələrinə əsasən dividendlərin elan edilməsi.
3. “Səba”ASC-nin törəmə cəmiyyətlərində iştirak payları və törəmə cəmiyyətlərin ümumi yığıncaqlarında təmsil edilmə barədə.
4. “Səba”ASC-nin nizamnamə kapitalı haqqında.
5. “Səba”ASC-nin yeni redaksiyada nizamnaməsi haqqında.
Ümumi yığıncağa gələn səhmdarlar şəxsiyyəti təsdiq edən sənəd, səhmdarların nümayəndələri isə şəxsiyyəti təsdiq edən sənəd və nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə təqdim etməlidir.
Əlaqə telefonu – +994124044441;
Ünvan – AZ0100, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti,1.
“Səba”ASC-nin İdarə Heyəti