“Səba” ASC səhmdarlarının nəzərinə!

post-img

11 dekabr 2023-cü il saat 15.00-da Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 nömrəli ünvanda “Səba” Açıq Səhmdar Cəmiyyəti səhmdarları­nın növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

Ümumi yığıncağın gündəliyi:

1. “Səba” Açıq Səhmdar Cəmiyyətinin təsisçisi olduğu “Dəvəçi Broyler Dərin Emal” MMC-nin ləğv edilməsi haqqında.

2. “Səba” ASC-nin törəmə cəmiyyəti olan “Qarabağ Taxıl” MMC-nin 2022-ci ma­liyyə-təsərrüfat ilinin nəticələrinə əsasən dividendlərin elan edilməsi.

3. “Səba” ASC-nin törəmə cəmiyyətlərində iştirak payları və törəmə cəmiyyətlə­rin ümumi yığıncaqlarında təmsil edilmə barədə.

Ümumi yığıncağa gələn səhmdarlar və onların nümayəndələri şəxsiyyətlərini təsdiqləyən sənəd və nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə təqdim etməlidirlər.

Əlaqə telefonu - +994124044441;

Ünvan - AZ0100, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1.

Reklam və elan