Azərbaycan Turizm və Menecment Universiteti  kafedra müdiri vəzifəsini tutmaq üçün  müsabiqə elan edir

post-img

Menecment kafedrası üzrə – 1 yer.

Sənədlər elan qəzetdə dərc olunduğu gündən bir ay müddətində (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək Azərbaycan Turizm və Menecment Universitetinin İnsan resursları şöbəsinə təqdim edilməlidir. Sənədlər [email protected] mail ünvanı vasitəsilə elektron qaydada da qəbul edilir.

Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər.

1. Rektorun adına ərizə.

2. Kadrlar uçotunun şəxsi vərəqəsi (4x6 sm ölçüdə fotoşəkillə).

3. Tərcümeyi-hal.

4. Şəxsiyyət vəsiqəsinin surəti.

5. Profilə uyğun olaraq ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin təsdiq olunmuş surətləri.

6. Elmi və elmi-metodiki işlərin siyahısı.

7. Dekan və kafedra müdirinin müvafiq struktur bölmənin inkişafı ilə bağlı platforması.

Qeyd- namizədin göstəriciləri vəzifə tələblərinə uyğun gəlmədikdə və ya ərizənin verilmə müddəti bitdikdə sənədlərin qəbulundan imtina olunur.

Telefon- 564-42-33 (daxili - 115).

Ünvan- AZ1072. Bakı şəhəri, K.Rəhimov küçəsi 822/23-cü məhəllə, 103-cü otaq. 

Rektorluq

 

Reklam və elan