“Azərişıq” ASC  AÇIQ TENDER ELAN EDİR

post-img

“Azərişıq” ASC  

“Kəlbəcərin İstisu qəsəbəsi ərazisində yeni 110/35 kV-luq 2x40 MVA gücündə yarımstansiyanın tikintisi və avadanlıqlarının quraşdırılması” işlərinin satın alınması məqsədilə  

AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir. 

Lot-1. “Azərişıq”ASC-nin “Kəlbəcərin İstisu qəsəbəsi ərazisində yeni 110/35 kV-luq 2x40 MVA gücündə yarımstansiyanın tikintisi və avadanlıqlarının quraşdırılması” işlərinin satın alınması.

İştirak haqqı 1500 manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Təşkilat-“Azərişıq” ASC

H/h- AZ83AIIB33020029441802068118

VÖEN- 9900069391

Benefisiarın Bankı- “Kapital Bank” ASC-nin Gənclik filialı

Kod- 200189

VÖEN- 9900003611

M/h- AZ37NABZ01350100000000001944 

SWIFT Code: AIIBAZ2X

Əlaqələndirici şəxs- Namik Heybətov.

Əlaqə telefonu (şəhər) - 012 440 39 93 (daxili 92-19) .

Elektron poçt: [email protected]

Ünvan - AZ1009. Bakı şəhəri, M.Əliyev küçəsi 130. 

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar. 

Tenderdə iştirak etmək istəyənlər lot üçün göstərilən məbləğdə iştirak haqqını qeyd olunan hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Mirzağa Əliyev küçəsi 130 nömrəli ünvanda yerləşən “Azərişıq” ASC-nin inzibati binasından ala bilərlər.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər.

1. Tenderdə iştirak etmək üçün yazılı müraciət.

2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi.

3. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi və qeydiyyatdan keçdiyi ölkə. (sənədlərin tender elanı tarixindən sonra notarial qaydada təsdiq olunması zəruridir).

4. İddiaçının VÖEN-i, bank rekvizitləri, ünvanı, dövlət reyestrindən çıxarış. (sənədlərin tender elanı tarixindən sonra notarial qaydada təsdiq olunması zəruridir).

5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış. (sənədlərin tender elanı tarixindən sonra notarial qaydada təsdiq olunması zəruridir).

6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.

7. İddiaçının yüklülük haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş arayışı.

8. İddiaçının mikro, kiçik , orta və ya iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı sənəd.

9. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki). 

10. İddiaçının son 3(üç) illik və ya fəaliyyətə başladığı dövrdən iş təcrübəsi, yerinə yetirdiyi böyük cari işlər və müqavilələr barədə məlumatlar, analoji işlərdə təcrübəsi haqqında məlumat. 

11. İddiaçının satınalma müqaviləsinin icrasını təmin etmək üçün göstərilən sahədə peşəkarlığının, iş təcrübəsinin, texniki və maliyyə imkanlarının, elektrik mühəndislərinin əmək müqavilələrinin, işçi qüvvəsinin, idarəetmə səriştəsinin olmağı vacibdir. Bununla yanaşı “PODRATÇI” son üç ildə elektrik stansiyalarının, xüsusilə 110kV-luq yarımstansiyaların, elektrik verilişi xəttlərinin tikintisi və yenidənqurulması üçün hər birinin ümumi məbləği 5 milyon manatdan az olmamaq şərtilə ən azı 3 oxşar layihənin icrasını başa çatdırmış olmalı və təsdiqedici sənədləri təqdim etməlidir.

12. Müvafiq lisenziya və icazələr. 

13. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd.

14. Rəhbər şəxs və ya şəxslərin təyin olunması haqqında sənəd (əmr).

15. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır).

16. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır).

Sənədlər Azərbaycan dilində 2 (iki) nüsxədə (1 əsli və 1 surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçiriləcəkdir (www.tender.gov.az).

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 24 noyabr 2023-cü il saat 15.00-a, ixtisas uyğunluğu prosedurunu keçmiş iddiaçılar isə tender təklifi və bank təminatını möhürlənmiş ikiqat zərfdə 4 dekabr 2023-cü il saat 15.00-a qədər Bakı şəhəri, Mirzağa Əliyev küçəsi 130 nömrəli ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 5 dekabr 2023-cü il saat 15.00-da Bakı şəhəri, Mirzağa Əliyev küçəsi 130 nömrəli ünvanda “Azərişıq” ASC-nin inzibati binasında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri ­iştirak edə bilərlər.

Tender komissiyası

 

Reklam və elan