Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi  AÇIQ TENDER ELAN EDİR

post-img

TƏKRAR

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi

Ağsu şəhəri,1176 şagird yerlik 2 nömrəli tam orta məktəbin binasının 
bərpa-gücləndirilməsi və əsaslı təmiri işlərinin satın alınması ilə bağlı

AÇIQ TENDER ELAN EDİR

Açıq tender iştirakçılarına təklif olunur ki, öz təkliflərini imzalanıb möhürlənmiş ikiqat bağlamada, yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

 -iddiaçıların ixtisas göstəricilərinin uyğunluğu, aşağı qiymət, ödəniş şərtləri, müqavilənin vaxtında yerinə yetirilməsi və təminat verilən istismar müddəti.

Açıq tender proseduru ilə əlaqədar məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət etmək lazımdır.

Əlaqələndirici şəxs – Z.Quliyev.

Ünvan- Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvi küçəsi 18.

Telefon- (+99412) 465 -73- 48 (134).

Maraqlananlar açıq tender prosedurunun əsas şərtlər toplusunu 2000,0 (iki min) manat məbləğdə iştirak haqqını aşağıda qeyd olunan hesaba köçürdükdən sonra yuxarıdakı ünvandan ala bilərlər. İştirak haqqı heç bir halda geri qaytarılmır. 

Bankın adı - “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Sənaye filialı

Kod - 805603

VÖEN - 9900001881

M/h - AZ03NABZ01350100000000002944

S.W.I.F.T. İBAZАZ 2Х

H/h - AZ88IBAZ38030019441856517211

VÖEN - 1500016711

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması (uçotda olduğu vergi orqanından alınmalıdır. Əgər sənəd elektron formada alınıbsa, notarial təsdiq edilməsi mütləqdir. 2023-cü il avqustun 28-dən sonra alınmış arayış qəbul ediləcəkdir); 

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin arayışı. Əgər sənəd elektron formada alınıbsa, onda notarial təsdiq edilməsi mütləqdir); 

- iddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə bütün fəaliyyəti dövrü) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış (2023-cü il avqustun 28-dən sonra alınmış arayış təqdim edilməlidir);

- iddiaçının ilkin qeydiyyat sənədlərinin müvafiq qaydada təsdiq edilmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə), ünvan və bank rekvizitləri;

- iddiaçının tikinti işlərinin həyata keçirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması; 

- tender təklifini və satınalma müqaviləsini imzalamaq salahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmrin təsdiq olunmuş surəti və ya müvafiq səlahiyyətin verilməsi barədə etibarnamə); 

- iddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat (vergi oqranı və ya müvafiq kommerisya məhkəməsi tərəfindən təqdim olunmuş arayış. 2023-cü il avqustun 28-dən sonra alınmış arayış təqdim edilməlidir);

- kənar audit tərəfindən tərtib olunmuş son bir ildəki audit hesabatları (əgər varsa); 

- iddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsini təsdiq edən sənədlər (Daxili İşlər Nazirliyindən və ya “ASAN Xidmət” Mərkəzlərindən 2023-cü il avqustun 28-dən sonra alınmış arayış qəbul ediləcəkdir);

- tenderin əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər, tenderdə xarici şirkətlər iştirak etdikdə onların Azərbaycan nümayəndəliyinin olmasını təsdiqləyən sənədlər;

- iddiaçı tərəfindən doldurulmuş tenderin əsas şərtlər toplusunun ”Malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğuna dair məlumat” cədvəli, təsdiqedici sənədlər əlavə olunmaqla (əlavə 1) təqdim olunması məcburidir. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması barədə məlumatlar və müvafiq sertifikatlar əlavə edilməlidir. Müvafiq məlumatlar tələb olunan təsdiqedici sənədlər əlavə olunmaqla təqdim edilməlidir);

- iddiaçı baş podratçı kimi analoji işlər üzrə bağlanmış müqavilənin təsdiq olunmuş surətini təqdim etməlidir (oxşar işlərə dair son 2 ildə bağlanmış müqavilələrin surətləri (ƏŞT-nin əlavə 1-nə uyğun);

- iddiaçının maddi -texniki bazası (sifarişi yerinə yetirilməsi imkanı) haqqında məlumat (ƏŞT-nin əlavə 1-nə uyğun);

- sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilində tərcümə edilməlidir);

- iddiaçının tender təklifi (tender təklifinin qüvvədə olma müddəti zərflərin açıldığı gündən sonra azı 30 (otuz) bank günü);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 (otuz) bank günü çox olmalıdır).

İddiaçılar tenderlə bağlı sualları satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçiriləcəkdir. 

İddiaçılar tenderdə iştirak üçün yuxarıda qeyd olunan sənədləri 3 oktyabr 2023-cü il saat 15.00-a, tender təklifi və tender təklifinin bank təminatını isə 11 oktyabr 2023-cü il saat 11.00-dək yuxarıda göstərilən ünvana təqdim etməlidirlər. 

İddiaçıların təklifləri 12 oktyabr 2023-cü il saat 15.00-da Elm və Təhsil Nazirliyinin Təsrüffathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

 

Reklam və elan