Yaponiyanın Keyo universiteti və ABŞ Broud institutunun alimləri yeni elmi araşdırmalar nəticəsində bu qənaətə gəliblər ki, 100 yaşa kimi yaşayan insanları birləşdirən ümumi bir səbəb var. Bu da onların bağırsaq mikrobiomunun fərqli tərkibdə olmasıdır.
Tədqiqatçılar bildiriblər ki, uzunömürlülər 70 yaşa qədər yaşayanlardan daha az infeksion xəstəliklər keçiriblər.
Alimlər 160 yapon uzunömürlüsünün bağırsaq mikrobiotikasının tərkibini öyrəniblər. Onların arasında orta yaş həddi 105 olub.
Məlum olub ki, 21–50 yaşlı insanlarla müqayisədə 80–85 yaşlı uzunömürlülərin bağırsağında daha çox sayda və növdə bakteriyalar var ki, onlar öd turşuları hasil edir.
Bu maddə bağırsağı patogen bakteriyalardan və iltihabdan qoruyur, eləcə də, immun sistemini tənzimləyir.
Z.HÜSEYNLİ
XQ