Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi AÇIQ TENDER ELAN EDİR

post-img

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi

Ağcabədi rayonu, Q.Əliyev adına 528 şagird yerlik Hindarx kənd 3 nömrəli tam orta məktəb binasının tikinti işlərinin satın alınması üçün 

AÇIQ TENDER ELAN EDİR

Açıq tender iştirakçılarına təklif olunur ki, öz təkliflərini imzalanıb möhürlənmiş, ikiqat bağlama­da, yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı me­yarlara üstünlük veriləcəkdir:

– iddiaçıların ixtisas göstəricilərinin uyğunluğu, aşağı qiymət, ödəniş şərtləri, müqavilənin vaxtında yerinə yetirilməsi və təminat verilən istismar müd­dəti.

Açıq tender proseduru ilə əlaqədar məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət etmək lazımdır:

Əlaqələndirici şəxs – Z.Quliyev.

Ünvan– Bakı şəhəri, Nərimanov rayonu, Y.Ba­kuvi küçəsi 18.

Tel: (+99412) 465 73 48 (134).

Maraqlananlar açıq tender prosedurunun əsas şərtlər toplusunu 2000,0 (iki min) manat məbləğin­də iştirak haqqını aşağıda qeyd olunan hesaba kö­çürdükdən sonra yuxarıdakı ünvandan ala bilərlər. İştirak haqqı heç bir halda geri qaytarılmır.

Bankın adı : “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Sənaye filialı

Kod – 805603

VÖEN – 9900001881

M/h – AZ03NABZ01350100000000002944

S.W.I.F.T. İBAZАZ 2Х

H/h – AZ88IBAZ38030019441856517211

VÖEN – 1500016711

İddiaçılar açıq tender prosedurunda iştirak et­mək üçün aşağıdakı sənədləri (müvafiq icra orqanı tərəfindən verilmiş, rəsmi blanklarda və möhürlə təsdiq olunmuş) təqdim etməlidirlər:

- tеndеrdə iştirаk еtmək üçün yazılı mürаciət;

- tеndеrdə iştirаk hаqqının ödənilməsi bаrədə bаnk sənədi; 

- vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respub­likasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş və­zifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması (uçotda olduğu vergi orqanından alın­malıdır. Əgər sənəd elektron formada alınıbsa, no­tarial təsdiq edilməsi mütləqdir.) Müvafiq orqandan tələb olunan sənədin cari ayı əhatə etməsi mütləq­dir (01.09.2023-cü il tarixdən sonra alınmış arayış qəbul ediləcəkdir); 

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (Azər­baycan Respublikası Dövlət Statistika Komitəsinin arayışı. Əgər sənəd elektron formada alınıbsa, no­tarial təsdiq edilməsi mütləqdir); 

- iddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə bütün fəaliyyəti dövrü) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış (01.09.2023-cü il tarixdən sonra alınmış arayış təqdim edilməlidir);

- iddiaçının ilkin qeydiyyat sənədlərinin müva­fiq qaydada təsdiq edilmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə), ünvan və bank rekvizitləri;

- iddiaçının tikinti işlərinin həyata keçirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik ol­ması; 

- tender təklifini və satınalma müqaviləsini im­zalamaq salahiyyətinə malik olan şəxsin səlahiy­yətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmrin təsdiq olunmuş surəti və ya müvafiq səlahiyyətin verilməsi barədə etibarnamə); 

- iddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş gi­rovun olmaması, məhkəmənin qərarı ilə kommersi­ya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat (vergi oqranı, probasiya şöbəsi və ya mü­vafiq kommerisya məhkəməsi tərəfindən təqdim olunmuş arayış) (01.09.2023-cü il tarixdən sonra alınmış arayış təqdim edilməlidir);

- kənar audit tərəfindən tərtib olunmuş son bir ildəki audit hesabatları (əgər varsa); 

- iddiaçının satınalma prosedurlarının başlan­masından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağ­lanması üçün ixtisas göstəricilərini yanlış göstər­mələri ilə əlaqədar cinayətə görə məhkum olunma­ması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsini təsdiq edən sənədlər (Daxili İşlər Na­zirliyindən və ya “ASAN xidmət” mərkəzlərindən 01.09.2023-cü il tarixdən sonra alınmış arayış qə­bul ediləcəkdir);

- tenderin əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər, tenderdə xarici şirkətlər iş­tirak etdikdə onların Azərbaycan nümayəndəliyinin olmasını təsdiq edən sənədlər;

- iddiaçının müvafiq sahədə peşəkarlığı, təc­rübəsi, maliyyə imkanları, işçi qüvvəsi və idarəet­mə səriştəsi barədə təsdiqedici sənədlər (ƏŞT-nin əlavə 1-nə uyğun);

- iddiaçı inşa etdiyi analoji tikililər barədə “Tikinti obyektinin istismarına icazə” sənədin surətini və ya inşasını davam etdirdiyi analoji işlər üzrə bağlan­mış müqavilənin təsdiq olunmuş surətini təqdim etməlidir (baş podratçı kimi analoji işlərə dair son 2 ildə bağlanmış müqavilələrin surətləri (ƏŞT-nin əlavə 1-nə uyğun);

- oxşar işlər üzrə iş təcrübəsini təsdiq etmək üçün belə işlərin həyata keçirildiyi müəssisə və təşkilatdan tövsiyə məktubları;

- iddiaçının maddi -texniki bazası (sifarişin ye­rinə yetirilməsi imkanı) haqqında məlumat (ƏŞT-nin əlavə 1-nə uyğun);

- sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilində tərcümə edilməlidir).

- iddiaçının tender təklifi (tender təklifinin qüv­vədə olma müddəti zərflərin açıldığı gündən sonra azı 60 (altmış) bank günü);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqın­da” Azərbaycan Respublikası Qanununa uyğun ke­çiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün yuxarı­da qeyd olunan sənədləri 6 oktyabr 2023-cü il saat 12.00-a, tender təklifi və tender təklifinin bank təmi­natını isə 16 oktyabr 2023-cü il saat 12.00-a qədər yuxarıda göstərilən ünvana təqdim etməlidirlər. 

İddiaçıların təklifləri 17 oktyabr 2023-cü il saat 12.00-da Elm və Təhsil Nazirliyinin Təsrüffathe­sablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas za­lında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Reklam və elan