Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi TƏKLİFLƏR SORĞUSU ELAN EDİR

post-img

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi

Təhsil şəbəkəsinin genişləndirilməsi, proqram təminatının, həmçinin İP telefoniya, məlumat hesablama cihazının və bu tipli digər avadanlıqların satın alınması üçün

TƏKLİFLƏR SORĞUSU ELAN EDİR

Tenderdə iddiaçı qismində satınalmala­rın predmeti üzrə müvafiq təcrübəyə malik mikro, kiçik, orta və iri sahibkarlıq subyektləri iştirak edə bilərlər. 

Müqavilənin icrasını təmin etmək üçün malgöndərənlər (podratçılar) lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Ten­derdə iştirak etmək istəyən malgöndərənlər iştirak haqqını həyata keçirdikdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu əldə edə bilərlər. 

Tenderdə iştirak haqqı 1.000 (bir min) manatdır.

İştirak haqqı heç bir halda geri qaytarıl­mır.

Malgöndərənlər (podratçılar) tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim et­məlidirlər: 

- malgöndərənin tenderdə iştiak üçün müraciət ərizəsi;

- malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, Nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; 

-tender təklifi (təkliflərin açıldığı tarixdən sonra azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmin­də bank təminatı (təkliflərin qüvvədə olma tarixindən sonra azı 30 bank günü qüvvədə olmalıdır); 

-malgöndərənin (podratçının) son bir il­dəki (əgər daha az müddət fəaliyyət göstə­rirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən təqdim edilmiş arayış; 

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetiril­məsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müd­dət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəl­ləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti; 

- iddaiaçının hansı sahibkarlıq meyarla­rına uyğun olması haqqında sənəd;

- satınalma prosedurlarının başlanma­sından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşə­kar fəaliyyətləri, yaxud satınalma müqavilə­sinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olma­sının məhkəmə qaydasında qadağan edil­məməsi barədə sənəd;

- müflis elan olunmaması, əmlakı üzə­rinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd;

- öz əmlakından sərbəst və məhdudiy­yətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd;

- tender təklifini və satınalma müqavilə­sini imzalamaq səlahiyyətinə malik olan şəx­sin səlahiyyətlərini təsdiq edən sənəd;

Hər bir iddiaçı ixtisas göstəriciləri üzrə aşağıdakı məlumatları təqdim etməlidir:

İxtisas uyğunluğu sənədləri:

- podratçının müvafiq sahədə peşəkarlı­ğı və təcrübəsi;

- podratçının maliyyə vəziyyətinin uy­ğunluğu.

Sənədlər Azərbaycan dilində tərtib olun­malıdır (xarici dildəki tender sənədləri Azər­baycan dilinə tərcümə edilməlidir). 

Siyahısı yuxarıda göstərilən və iddiaçı­nın tender təklifini təşkil edən sənədlər ten­der komissiyasına aşağıdakı qaydada çatdı­rılmalıdır:

İddiaçının texniki təklifi əsli və surəti ilə eyni bir zərfə qoyulmaqla, qiymət təklifi tək­lifin bank təminatı ilə birlikdə əsli və surəti isə digər zərfə qoyulmaqla zərfləri imzala­yıb möhürləyir, sonra isə texniki və qiymət təklifləri olan zərfləri başqa bir xarici zərfə qoyaraq, xarici zərfi imzalayıb möhürləyərək əsas şərtlər toplusunun məlumat xəritəsin­də göstərilən vaxtdan gec olmayaraq qeyd edilən ünvana göndərirlər.

Tender proseduru “Dövlət satınalmala­rı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı daxil olmaqla) 7 avqust 2023-cü il saat 17.00-a qədər satınalan təşkilatın ünvanına- qurumun inzibati binası, Azərbaycan Res­publikası, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 909-cu məhəllə, maliyyə və iqtisadiyyat şöbəsinə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərf­lər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 8 avqust 2023-cü il saat 17.00-da qurumun inzibati binasında iclas zalında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Reklam və elan