“Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs AÇIQ TENDER ELAN EDİR (2-ci elan)

post-img

“Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs 

“Cəbrayıl rayonunun Horovlu kənd yaşayış məntəqəsinin yenidənqurulması layihəsi çərçivəsində kəndin ümumi ərazisinin şaquli planlaşdırılması üçün topraq işlərinin satın alınması” məqsədilə AÇIQ TENDER ELAN EDİR (2-ci elan)

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, 8 noyabr pros­pekti, Ağ şəhər ofis binasının 4-cü mərtəbəsində yerləşən “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin satınalma şöbəsindən əldə edə bilərlər.

Əlaqələndirici şəxs-satınalma şöbəsinin müdiri- Emil Ağazadə.

E-mail: [email protected]

Telefon- +99450-506-06-60.

Tenderdə iştirak haqqı 1500,00 ( bir min beş yüz manat) ma­natdır. 

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Təşkilat - “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxs

VÖEN- 5200287501

BANK-“KAPİTAL BANK” ASC-nin 28 may filialı

Kod- 200123

VÖEN- 9900003611 

M/h- AZ37NABZ01350100000000001944 

H\h- AZ31AIIB380300D9447648156112 

S.W.İ.F.T. : AIIBAZ2X

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

• Tenderdə iştirak etmək üçün ərizə.

• İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi.

1. Tender təklifi 45 bank günü qüvvətə olmalıdır (tender tək­liflərinin açıldığı gündən sonra ən azı 30 bank günü qüvvədə ol­malıdır). Tender təklifi Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

2. Tender təklifi qiymətinin 1 faizi məbləğində tender təklifinin təminatı (bank zəmanəti, tender təklifinin qüvvədə olma müddətin­dən 30 bank günü çox qüvvədə olmalıdır (konsorsium müqavilə­sinə əsasən tenderdə iştirak edən iddiaçıların hər ikisi tərəfindən təqdim edilməlidir).

3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödə­nişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının möv­cud olmaması haqqında müvafiq vergi orqanından arayış.

4. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.

5. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı.

6. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi və qey­diyyatdan keçdiyi ölkə. 

7. Rekvizitlər.

8. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanma­sı üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar ci­nayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi.

9. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmama­sı, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması.

10. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması zəruridir.

11. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün mü­vafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə im­kanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlılığının olması zəruridir.

12.İddiaçının hansı sahibkarlıq subyektinə malik olması barə­də sənəd (Dövlət Statistika Komitəsindən alınmalıdır).

13.İddiaçının müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması (Azərbaycan Res­publikasının İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilməlidir).

14.Subpodratçılar haqqında məlumat (əgər yerli subpodratçı cəlb edilərsə, yuxarıda qeyd olunan sənədlər eyni zamanda hə­min təşkilatlar üçün də təqdim edilməlidir).

15.Əsas şərtlər toplusunda tələb olunan digər sənədlər. 

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbay­can Respublikası qanununun tələblərinə uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 18 may 2023-cü il saat 10.00-a, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2 iyun 2023-cü il saat 17.00-a qədər Bakı şəhəri, 8 noyabr prospekti, Ağ şəhər ofis binasının 4-cü mərtəbəsində yer­ləşən “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin satınalma şöbəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Tender iştirakçılarının təklifləri Bakı şəhəri, 8 noyabr prospekti, Ağ şəhər ofis binasının 4-cü mərtəbəsində yerləşən “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Ti­kinti və İdarəetmə Xidməti”ndə 5 iyun 2023-cü il saat 10.00-da açılacaqdır.

Tender iştirakçılarının səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.

Tender komissiyası

Reklam və elan