“Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ

post-img

 

Layihələr üzrə konseptual təkliflərin hazırlanması məqsədilə müsabiqə elan edir   

 

İşğaldan azad olunmuş ərazilərdə aparılan tikinti-quruculuq işlərində memarların iştirakını təmin etmək, həmçinin layihələrin icrası zamanı yaradıcı yanaşmaların tətbiqinə şərait yaratmaq məqsədilə Qarabağ İqtisadi Rayonunda Bərpa Tikinti və İdarəetmə Xidməti tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin  köməyi  ilə aşağıdakı layihələr üzrə konseptual təkliflərin cəlb edilməsi həyata keçirilir.

Layihələrin adları:

Füzuli  şəhərinin  giriş  kompleksinin (şəhərə giriş) konseptual  həllinin hazırlanması.  

Ağdam şəhərinin giriş kompleksinin (şəhərə giriş) konseptal  həllinin hazırlanması.  

Hadrut qəsəbəsinin giriş kompleksinin (qəsəbəyə giriş) konseptual həllinin hazırlanması  

Ağdam  şəhərində Şəhidlər  xiyabanının və memorial  kompleksinin  konseptual  həllinin hazırlanması.

Konseptual təklifin  hazırlanması  üçün  əsas- layihə tapşırığı. 

Təşkilati –hüquqi sənədlərin təqdim edilməsi üçün son tarix və saat - 19 may 2023-cü il saat 18.00-dır.
Konseptual təkliflərin təqdim edilməsi üçün son tarix və saat - 5 iyun 2023-cü il saat 18.00-dır.

İştirak etmək istəyən layihəçilər tərəfindən aşağıdakı sənədlərin və məlumatların hər iki elektron ünvana  ([email protected], [email protected])  göndərilməsi xahiş olunur. 

Təqdim olunan sənədlər və məlumatlar qəbul edildikdə iştirakçıya bu barədə bildirişlə birlikdə layihə tapşırığı və zəruri məlumatlar təqdim edilir.

Qeyd-müxtəlif elanlar üzrə təklif vermək üçün sənədlərin və məlumatların bir dəfə təqdim edilməsi və qəbul olunması kifayətdir.

Təşkilati-hüquqi sənədlər:

1) Təşkilati strukturu, nizamnaməsi və kommersiya hüquqi şəxslərin reyestrindən çıxarış sənədi. 

2) Tikintisinə icazə tələb olunan və barəsində  məlumatlandırma icraatı tətbiq edilən bina və qurğuların layihələndirilməsinə icazə verən lisenziya.

Potensialın təsdiqi:

1) Analoji işlərdə təcrübəsinin təsviri (ümumiləşdirilmiş məlumat, müqavilələr, referans məktubları və s.).

2)  Şirkətin icra etdiyi layihələrin əks olunduğu portfolio.

3) İşin tam həcmdə (işçi layihəsi səviyyəsində) icrası üçün hər bir əməkdaşın öhdəsinə düşən vəzifə və tapşırığı göstərməklə təklif olunan əməkdaşlar qrupunun tərkibi (layihə rəhbəri, memar, konstruktor, elektrik, su,  kanalizasiya və s. sahələr üzrə mütəxəssislər).

4) İşin tam həcmdə (işçi layihəsi səviyyəsində) icrası üçün qrupun tərkibinə daxil olan mütəxəssislərin tərcümeyi-halı (CV), həmçinin bu mütəxəssislərin əmək müqaviləsi bildirişi və ya bu layihəyə cəlb olunacağı barədə niyyət razılaşması. 

Layihələrin təqdim edilmə forması- 1 ədəd A3 ölçülü .pdf formatlı təqdimat faylı.

Layihə təkliflərinin  daxili  qiymətləndirilməsinin nəticəsi  kimi  yalnız ilkin müsbət rəy almış təkliflərin müəllifləri ilə əlaqə yaradılacaq.

Bütün  iştirakçıların  müəllif  hüquqlarının  qorunmasına  zəmanət  verilir.

Reklam və elan