Aprel ayında ölkədə gündəlik xam neft hasilatı 512 min barrel olub

post-img

2023-cü ilin aprel ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 626 min barrel olub.

Energetika Nazirliyindən verilən məlumata görə, bunun 512 min barrelini xam neft, 114 min barrelini isə kondensat təşkil edib.

Xatırladaq ki, “OPEC plus” əməkdaşlığı çərçivəsində Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.

"Xalq qəzeti"

İqtisadiyyat