“Ölkə əhalisinin keyfiyyətli su təminatı-dünən, bugün və sabah” mövzusunda konfrans-direktor Fuad Həsənzadə Sanitariya epidemioloji xidmətlər MMC

post-img

AMEA-nın Mərkəzi Ekmi Kitabxanasının (MEK)  "Qarabağ" zalında Azərbaycan Respublikası "Sanitariya Epidemioloji Xidmətlər" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) tərəfindən "Ölkə əhalisinin keyfiyyətli su təminatı-dünən, bugün və sabah" mövzusunda konfrans keçirilib.
Konfransın açılışında "Sanitariya Epidemioloji Xidmətlər" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktoru Fuad Həsənzadə çıxış edərək mövcud problemlərdən söz açıb. O, bu gün dünyanın ən başlıca problemlərindən birinin su qıtlığı olduğunu diqqətə çatdırıb. Natiq qeyd edib ki, ölkəmizdə həyata krçirilən iqtisadi islahatların qayəsində vətəndaşların maddi sosial rifahının yüksəlməsi ilə yanaşı, həm də keyfiyyətli su təminatı dayanır.

Fuad Həsənzadə deyib: "Bu gün keçirilən konfrans şirkətimizin ikinci böyük tədbiridir. Ötən ilin dekabrın 16-da ölkəmiz üçün aktual olan "Tibbi tullantıların idarə olunması" mövzusunda keçirdiyimiz elmi-praktiki seminar ictimaiyyət tərəfindən müsbət qarşılanmışdır. Bundan ruhlanaraq ölkəmiz üçün həyati vacib olan əhalinin keyfiyyətli su təminatı ilə bağlı konfransı keçirməyi qərara aldıq. Bizə siyasi-mənəvi dəstək olaraq konfransda iştirak etdiyiniz üçün hər birinizə təşəkkür edirəm".

Natiq deyib: ""Sanitariya Epidemioloji Xidmətlər" MMC ilk gündən qeyri-neft sektorunun bir seqmenti olan epidemiologiya sahəsində uğurlu fəaliyyət göstərir. Azərbaycanın inkişafında qeyri-neft sektorunun rolu yüksələn xətt üzrə artaraq 2022-ci ilin ümumdaxili məhsulun 52,2 faizi bu süktorun payına düşmüşdür. Fəxrlə qeyd etmək istəyirəm ki, bu nailiyyətdə bizim də bir damla zəhmətimiz var". 
"Bəşəriyyətin varlığını susuz təsəvvür etmək qeyri mümkündür. Su yaşadır və artırır. Su ilə təminatın bir seqmenti də ictimai yaşayış binalarında, otellərdə, iri ticarət mərkəzlərində, inzibati binalarda, qida istehsalı müəssisələrində olan su tutarlarıdır. Hələ qədim zamanlardab su mənbələrini insanlar istifadə etmiş və onları hər cür təhlükədən qorumuşlar", -deyə MMC rəhbəri qeyd edib.
O, konfransın əlamətdar bir tarixə-Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinin qeyd edildiyi  günlərə təsadüf etdiyini diqqətə çatdırdı.

Elçin ABBASOV,
“Xalq qəzeti”



Sosial həyat