Coğrafiya İnstitutunda elmi-praktiki konfrans keçirilib

post-img

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları – baş direktor, c.e.d. Zakir Eminov, Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri, c.e.d., professor Rza Mahmudov, aparıcı elmi işçisi, c.e.d. Məhəmməd Abduyev, aparıcı elmi işçiləri, coğrafiya üzrə fəlsəfə doktorları Mövlud Teymurov və dosent Cuma Məmmədov Azərbaycan Dövlət Su Agentliyinin Ulu Öndər H.Əliyevin 100 illik yubileyi münasibəti ilə  "Azərbaycanın su təsərrüfatı sektorunun inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır" mövzusunda təşkil etdiyi elmi-praktiki konfransda iştirak ediblər.

İnstitutdan verilən xəbərə görə, tədbirdə  ölkəmizdə su siyasətini həyata keçirən müvafiq dövlət qurumlarının rəhbərləri, mütəxəssislər və alimlər iştirak edib. Konfransda mövzuya uyğun çoxsaylı məruzələr dinlənilib və Azərbaycanda su siyasətinin aparılmasında Ulu Öndər Heydər Əliyevin və möhtərəm prezident İlham Əliyevin bu sahəyə göstərdiyi xüsusi diqqət qeyd edilib.

Professor R.Mahmudov  Z.Eminov, və M.Teymurovla həmmüəllif olduğu "Müasir operativ interaktiv metodlar su ehtiyatlarının qiymətləndirilməsinin və onların idarə olunmasının qarantı rolunda" məruzəsi ilə çıxış edib.

 M.Abuyev  “Qarabağ və Şərqi Zəngəzur çaylarının kation və anion axımı”,  C.Məmmədov  isə “Ekoloji mühit tarazlığının pozulmasının xüsusiyyətləri”  mövzularında məruzələr ediblər.

"Xalq qəzeti"







Son xəbərlər