23 iyun 2023-cü il saat 12.00-da cəmiyyətin səhmdarlarının növbəti illik ümumi yığınacağı “Zoom” proqramı vasitəsilə onlayn rejimində keçiriləcəkdir. Bununla əlaqədar ümumi yığıncaqda iştirak etmək üçün səhmdarları “Ganjlik” onlayn qrupa daxil etmək məqsədilə 2023-cü il iyunun 22-si saat 22.00-dək adınızı, soyadınızı və atanızın adını 050- 398- 03 -13 nömrəli mobil telefona “Whatsapp “ vasitəsilə göndərmək xahiş olunur.
Gündəlikdəki məsələlər:
1. 2022-ci ilin yekunu üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə müfəttişin hesabatı.
2. Sair məsələlər.
Hörmətli səhmdarlar, 2023-cü il iyunun 23-də ümumi yığıncaqda iştirak etməyinizi təsdiqləmək üçün saat 11.00-dək şəxsiyyətinizi təsdiq edən sənədin surətini 050 -398- 03-`` 13 nömrəli mobil telefona “Whatsapp” vasitəsilə göndərməyiniz tələb olunur və saat 11.30-dək (yəni iclasın başlanmasına 30 dəqiqə qalmış) “Zoom” proqramı ilə keçirilən ümumi yığıncağa qoşulmaq və yığıncaqda iştirak etmək üçün “ Whatsapp” vasitəsilə “Ganjlik” onlayn qrupa daxil olaraq qrupun təşkilatçısı kimi “ümumi yığıncağ” ın adından paylaşdığımız linkə daxil olmalısınız.
Ümumi yığıncağın gündəliyinin materialları ilə tanışlıq üçün 2023-cü il iyunun 9-dan sonra cəmiyyətin direktoruna müraciət etmək olar.
Səhmdarların iştirakı vacibdir.
Telefon - (012) 465-84-90 .
Direktor

