“ASELSAN”, milli mühəndislik gücü ilə GNSS siqnalına müdaxilənin qarşısını alacaq, içərisində bir çox yüksək texnologiyanı ehtiva edən, yerli və milli istehsal olan KARETTA-nı dünyanın ən təchizatlı beş qazma gəmisindən biri sayılan “Abdülhamid Han” qazma gəmisinə inteqrasiya etdi.
KARETTA siqnal qarışdırıcıya dayanıqlı GNSS sistemi vasitəsilə “Abdülhamid Han” gəmisinin qazma qurğusu və naviqasiya sistemi qəbuledicisinə qazma işləri zamanı müdaxilədən təsirlənməməsi üçün inteqrasiya edilmiş və məhsulun müvəffəqiyyətlə yerləşdirilməsi “ASELSAN” tərəfindən hazırlanan siqnal qarışdırıcı sistem İHASAVAR ilə təsdiq olunmuşdur. Bu araşdırma ilə “Abdülhamid Han” qazma gəmisi KARETTA, siqnal qarışdırıcıya dayanıqlı GNSS sistemi ilə mövqe məlumatlarını itirmədən elektron qarışdırma mühitində fəaliyyət göstərəcək və Şərqi Aralıq dənizində karbohidrogen kəşfiyyat fəaliyyətlərini daha təhlükəsiz şəkildə həyata keçirəcəkdir.
Bu fəaliyyətlə KARETTA siqnal qarışdırmaya dayanıqlı GNSS sistemi vasitəsilə bütün Türkiyə Neft Şirkətinin qazma və seysmik tədqiqat gəmilərinə inteqrasiya oluna bilər. “ASELSAN” KARETTA məhsulu ilə Türkiyənin xarici enerjidən asılılığını azaldacaq bütün platformalar, qarışdırma fəaliyyətlərindən təsirlənmədən vəzifələrini yerinə yetirə bilmələri üçün fasiləsiz işləməyə davam edəcəkdir.


