“Azərenerji” ASC 6/10/35/110 kv-luq xətlərdə elektrik enerjisinin ötürülməsi, qəbul olunması, çevrilməsi və paylanılması, müxtəlif malların satın alınması üçün AÇIQ TENDER ELAN EDİR

post-img

Təkrar

Tender iştirakçılarına təklif edilir ki, öz tender tək­liflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərf­lərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirak­çıları lazımi maliyyə və texniki imkanlarına malik ol­malıdırlar.

Tenderdə iştirak etmək istəyənlər 2 000 (iki min) manat məbləğində iştirak haqqını göstərilən hesa­ba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu əldə edə bilərlər (əlaqələndirici şəxs: Araz Məmmədzadə, telefon: 490-09-27, 598-05-56; e-mail: [email protected]

Hesab- AZ35AIIB33020019441024659102

VÖEN - 9900000421

Bank- “Kapital Bank” ASC Mərkəz filialı

Kod- 200026

VÖEN- 9900003611

M/H- AZ37NABZ01350100000000001944

S.W.İ.F.T: AIIBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 

- tenderdə iştirak etmək üçün yazılı müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 50 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1%-i həcmində bank tə­minatı Tender təklifinin qüvvədə olduğu müddətdən ən azı 30 bank günü artıq olmalıdır;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keç­miş öhdəliklərin olmaması, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının satınalma prosedurlarının başlanma­sından əvvəlki 5 il ərzində (və ya fəaliyyətə başladığı dövrdən) özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınal­ma müqaviləsinin bağlanması üçün ixtisas göstəri­cilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qayda­sında qadağan edilməməsi barədə müvafiq dövlət orqanından arayış;

- İddiaçının müflis elan olunmaması, əmlakı üzə­rinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəa­liyyəti dayandırılmış şəxs olmaması barədə müvafiq dövlət orqanından arayış;

- iddiaçının mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı sənəd;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında ver­gi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesa­batının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- İddiaçının tam adı, hüquqi statusu, nizamnamə­si, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçının analoji satınalmalarda təcrübəsi haqqında məlumat;

- iddiaçının son 2 (iki) illik iş təcrübəsi, yerinə yetirdiyi cari işlər və müqavilələr barədə məlumatlar;

- müvafiq sertifikatlar və lisenziyalar.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender tək­lifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqın­da” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təmina­tı istisna olmaqla) 16 may 2023-cü il saat 15.00-a qədər, bank təminatını və tender təklifini isə 24 may 2023-cü il, saat 15:00-a qədər Bakı şəhəri, Ə.Əliza­də küçəsi, 10 ünvanına “Azərenerji” ASC-nin ümumi şöbəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 

İddiaçıların tender təklifləri 25 may 2023-cü il saat 15.00-da yuxarıda göstərilən ünvanda (onlayn qaydada) açılacaqdır.

Onlayn iclasın linki əlaqələndirici şəxs tərəfindən iştirak edəcək iddiaçıların e-maillərinə müraciət əsa­sında göndəriləcəkdir.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Reklam və elan