“Azərenerji” ASC AÇIQ TENDER ELAN EDİR

post-img

Təkrar

Tender iştirakçılarına təklif olunur ki, öz tender tək­liflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər 2 000 (iki min) manat məbləğində iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu əldə edə bilərlər (əlaqələndirici şəxs- Azad Məmmədov, telefon- 598-26-96, 490-09-27; e-mail: [email protected]).

İştirak haqqı heç bir halda geri qaytarılmır.

H/h- AZ35AIIB33020019441024659102

VÖEN-9900000421

Bank - “Kapital Bank” ASC-nin Mərkəz filialı

Kod - 200026

VÖEN - 9900003611

M/h - AZ37NABZ01350100000000001944

S.W.İ.F.T: AIIBAZ2X

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 

- tenderdə iştirak etmək üçün yazılı müraciət və işti­rak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 50 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təmi­natı tender təklifinin qüvvədə olduğu müddətdən ən azı 30 bank günü artıq olmalıdır; 

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öh­dəliklərin olmaması, habelə son bir il ərzində (fəaliyyə­tini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödə­yicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının satınalma prosedurlarının başlanma­sından əvvəlki 5 il ərzində (və ya fəaliyyətə başladığı dövrdən) özlərinin, habelə işlərini idarə edənlərin, qul­luqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə müvafiq dövlət orqanından arayış;

- iddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmama­sı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayan­dırılmış şəxs olmaması barədə müvafiq dövlət orqanın­dan arayış;

- iddiaçının mikro, kiçik, orta və ya iri sahibkarlıq su­byektlərinə aid olması ilə bağlı sənəd;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı­nın surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçının ən azı 3 il energetik yağların satışı üzrə təcrübəyə malik olmasına aid təsdiqedici sənədlərin, eləcə də, energetik yağların satışı üzrə müqavilələrin ümumi dəyəri 800 000 (səkkiz yüz min manat) AZN-dən yuxarı olması barədə təsdiqedici sənədlərin (təsdiqlən­miş müqavilə, akt, qaimə, forma 2 və forma 3) təqdim olunması;

- təklif olunan qaz-mühərrik yağları üçün material təhlükəsizliyi məlumat bazası (MSDS), texniki məlumat bazası (TDS) və uyğunluq sertifikatı tələb olunur. Bütün yağların uyğunluq sertifikatlarını təqdim etməyən iddia­çıların tender təklifləri qiymətləndirməyə alınmayacaq. Həmçinin iddiaçılar təqdim edilən bütün yağların uy­ğunluq sertifikatlarının mövcudluğu və orijinal olmaları barədə öhdəlik götürməli və öhdəlik sənədini imzalayıb möhürləyərək təqdim etməlidirlər;

- müvafiq sertifikatlar və lizensiyalar.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaq­la) 16 may 2023-cü il, saat 15.00-a, bank təminatını və tender təklifi isə 24 may 2023-cü il saat 15.00-a qədər Bakı şəhəri, Ə.Əlizadə küçəsi 10 nömrəli ünvana, “Azə­renerji” ASC-nin ümumi şöbəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açıl­madan geri qaytarılacaqdır. 

İddiaçıların tender təklifləri 25 may 2023-cü il saat 15.00-da yuxarıda göstərilən ünvanda (online qaydada) açılacaqdır.

Onlayn iclasın linki əlaqələndirici şəxs tərəfindən iş­tirak edəcək iddiaçıların e-maillərinə müraciət əsasında göndəriləcəkdir.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Reklam və elan