Azərbaycan İlahiyyat İnstitutu

post-img

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən 

Azərbaycan İlahiyyat İnstitutu

Azərbaycan Respublikası Na­zirlər Kabinetinin 10 mart 2023-cü il tarixli 261 s nömrəli sərəncamı ilə təsdiq olunmuş qəbul planı əsasında 2023-cü il üçün fəlsəfə doktoru proq­ramı üzrə doktoranturaya (əyani və dissertantlıq yolu ilə) qəbul elan edir.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya sənədlərin qəbulu elektron qaydada 2023-cü il aprelin 12-dən mayın 16-dək nəzərdə tutul­muşdur. 

İnstitutun doktoranturasına sənəd­lərin qəbulunun “Təhsil Mərkəzləş­dirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur.

İnstitutun doktoranturasına qəbul olmaq üçün sənədləri təqdim etmək istəyən şəxslər Azərbaycan Respub­likası Elm və Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olaraq, orada “Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu və qeydiyyatı” xidmətini seçib təlimatlara uyğun qeydiyyatdan keçə bilərlər. 

Əlaqə nömrəsi- +994 12 436 77 66 (daxili: 118; 117).

E-mail: [email protected]; [email protected] .

Reklam və elan