İran və Səudiyyə Ərəbistanı XİN rəhbərləri arasında telefon danışığı

post-img

Son bazar günü İranın və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri Əmir Abdollahian və Faysal bin Farhan telefonla danışaraq, bir sıra ikitərəfli və regional məsələləri müzakirə ediblər. Tərəflər yaxın günlər ərzində görüşmək barədə qərar qəbul edəcəklərini bildiriblər. Məlumatı İranın “Tasnim” agentliyi yayıb. 

Xəbərdə deyilir ki, İranın xarici iş­lər naziri son vaxtlar rəsmi Tehran ilə Ər-Riyad arasında münasibətlərdə müsbət dəyişikliklərin baş verdiyini qeyd edib. O, İranın Səudiyyə Ərəbis­tanı ilə səmimi qonşuluq münasibətləri­nin güclənməsinə töhfə verməyə hazır olduğunu bildirib. 

Dünən Tehranda İranın xarici işlər naziri Səudiyyə Ərəbistanından olan həmkarı ilə telefon bağlantısı barədə jurnalistləri məlumatlandırarkən deyib ki, diplomatlar yaxın 48 saat ərzində yenidən danışaraq, görüşün vaxtı və yeri barədə qərar qəbul edəcəklər.

Xatırladaq ki, hələ ötən həftə İran və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri telefonla danışaraq müqəd­dəs Ramazan ayı ərzində diplomatik əlaqələri bərpa etmək barədə məqsə­dilə görüşmək barədə müzakirələr aparıblar. İran ilə Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələrin bərpası barədə razılaşma Çində beş gün ərzin­də aparılan intensiv danışıqlardan bu il martın 10-da Pekində elan olunub.

Yeri gəlmişkən, İran və Səudiyyə Ərəbistanı XİN rəhbərləri ötən həftə də telefonla əlaqə saxlayıblar. Belə ki, Səudiyyə Ərəbistanının İnformasiya Agentliyi (SPA) bu il martın 27-də iki na­zir arasında telefon danışığının olduğu və diplomatların müqəddəs Ramazan ayı bitənədək görüşəcəkləri barədə məlumat yayımlamışdı. SPA-nın xəbə­rində xüsusi qeyd edilirdi ki, görüşün əsas məqsədi iki ölkə arasında diplo­matik əlaqələri bərpa etməkdir. 

P.S. Yazı çapa hazırlanarkən xəbər yayıldı ki, İran İslam Respublikasının birinci vitse-prezidenti Məhəmməd Mohber yaxın günlər ərzində Səudiyyə Ərəbistanına səfər edəcək. “İran Pre­zidenti İbrahim Rəisi Səudiyyə Ərəbis­tanının Kralı Salman bin Əbdüləziz Al Saudun krallığa səfər dəvətini müsbət qarşılayıb və onun səfər təklifi qəbul edilib", – deyə birinci vitse-prezident bildirib.

 

“Xalq qəzeti”

Son xəbərlər