Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

post-img

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 498, № 6 (I kitab), maddələr 630, 638, № 7, maddə 747, № 8, maddələr 932, 933, 934, № 10, maddə 1118, № 11, maddə 1182, № 12 (I kitab), maddə 1282, (II kitab), maddə 1345; 2025, № 2, maddə 96, № 3, maddə 214, № 4 (l kitab), maddələr 307, 315, 318, 322, № 5, maddələr 432, 441, № 6, maddələr 524, 536, № 7, maddələr 609, 618, № 8, maddələr 743, 744, № 11, maddə 1009; Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 297-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 16.1.11-4-cü və 60.3.3-cü maddələrdə “76-1-ci” sözləri “76-1.1-ci” sözləri ilə əvəz edilsin;

1.2. 76-1-ci maddə üzrə:

1.2.1. adına “institutları” sözündən sonra “və digər şəxslər” sözləri, “məlumatların” sözündən sonra “və sənədlərin” sözləri əlavə edilsin;

1.2.2. mətni 76-1.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 76-1.2-ci və 76-1.3-cü maddələr əlavə edilsin:

“76-1.2. Maliyyə institutları tərəfindən fiziki və hüquqi şəxslərə hesab açıldıqda və ya maliyyə xidmətləri göstərildikdə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin icrası məqsədilə şəxsin rezidentliyinin müəyyən edilməsi üçün zəruri məlumatlar və sənədlər, həmçinin həmin məlumatlarda və sənədlərdə şəxsin rezidentlik statusunun dəyişdirilməsinə səbəb olan dəyişiklik baş verdiyi halda, bu barədə məlumatlar və sənədlər dəyişiklik baş verdiyi gündən 30 gün müddətində şəxs tərəfindən maliyyə institutuna təqdim edilməlidir.

76-1.3. Maliyyə institutuna dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatların və sənədlərin təqdim edilməsinə və ya rezidentlik statusunun dəyişdirilməsinə səbəb olan dəyişiklik üzrə məlumatların və sənədlərin bu Məcəllənin 76-1.2-ci maddəsi ilə müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq həyata keçirilir.”.

Maddə 2. Bu Qanun 2026-cı il yanvarın 1-dən tətbiq edilir.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 dekabr 2025-ci il

Qanunlar