Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi haqqında” Sazişdə Avropa Yenidənqurma və İnkişaf Bankının Müdirlər Şurasının 2023-cü il 18 may tarixli 259 və 260 nömrəli qətnamələri ilə qəbul olunmuş dəyişikliklər təsdiq edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 oktyabr 2024-cü il