Azərbaycan Respublikasının Konstitusiya Qanunu

post-img

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsini rəhbər tutaraq, “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 115 (Cild I) 13.2.5-ci maddəsində “kütləvi informasiya vasitələrini” sözləri “media subyektlərini” sözləri ilə əvəz edilsin.

Maddə 2. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 69 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.0.20-ci maddədə “kütləvi informasiya vasitələrinin” sözləri “media subyektlərinin” sözləri ilə əvəz edilsin;

2.2. 9.1.2-ci maddədə və 84-cü maddənin adında “kütləvi informasiya vasitələrində” sözləri “media məhsullarında” sözləri ilə əvəz edilsin;

2.3. 48.3.2-ci maddədə “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 oktyabr 2024-cü il

Qanunlar