Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

post-img

“Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli 636 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli 636 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 11, maddə 2292 (Cild I) 1-ci hissəsi ilə təsdiq edilmiş Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin tərkibi aşağıdakı redaksiyada verilsin:

“Redaksiya heyətinin sədri

Əliyev İlham Heydər oğlu – Azərbaycan Respublikasının Prezidenti

Redaksiya heyəti sədrinin müavinləri:

Əli Zadə Akif Ağa Mehti oğlu – AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun baş direktoru

Quliyev İbrahim Said oğlu – AMEA-nın həqiqi üzvü, AMEA-nın vitse-prezidenti

Rzayev Anar Rəsul oğlu – Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri

Azərbaycan Milli Ensiklopediyasının baş redaktoru

Həbibbəyli İsa Əkbər oğlu – AMEA-nın həqiqi üzvü, AMEA-nın prezidenti

Azərbaycan Milli Ensiklopediyasının məsul katibi

Nağıyev Tofiq Murtuza oğlu – AMEA-nın həqiqi üzvü, AMEA-nın vitse-prezidenti, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru

Redaksiya heyətinin üzvləri:

Abdullayev Kamal Mehdi oğlu – AMEA-nın həqiqi üzvü, Xalq yazıçısı, Azərbaycan Dillər Universitetinin rektoru

Abıyev Ağacan Qulam oğlu – texnika elmləri üzrə fəlsəfə doktoru, professor

Bədəlbəyli Fərhad Şəmsi oğlu – Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru

Bilalov Bilal Telman oğlu – AMEA-nın müxbir üzvü, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun şöbə müdiri

Budaqov Tahir Yaqub oğlu – Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri

Cəfərov Nizami Qulu oğlu – AMEA-nın həqiqi üzvü, Azərbaycanda Atatürk Mərkəzinin direktoru

Cəlilov Namiq Sərdar oğlu – AMEA-nın müxbir üzvü, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru

Eldarov Ömər Həsən oğlu – AMEA-nın həqiqi üzvü, Xalq rəssamı

Ələkbərov Urxan Kazım oğlu – AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru

Əlquliyev Rasim Məhəmməd oğlu – AMEA-nın həqiqi üzvü, AMEA-nın vitse-prezidenti, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru

Əliyev Telman Abbas oğlu – AMEA-nın həqiqi üzvü, AMEA-nın müşaviri

Əliyeva Fərəh Şirməmməd qızı – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri

Əli-zadə Firəngiz Əli Ağa qızı – AMEA-nın müxbir üzvü, Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri

Fərzəliyev Vaqif Məcid oğlu – AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun baş direktoru

Hacıyev İsmayıl Muxtar oğlu – AMEA-nın həqiqi üzvü, AMEA-nın Naxçıvan bölməsinin sədri

Həşimov Arif Məmməd oğlu – AMEA-nın həqiqi üzvü, AMEA-nın akademik-katibi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun baş direktoru

Hüseynova İradə Məmməd qızı – AMEA-nın həqiqi üzvü, AMEA-nın vitse-prezidenti, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru

Xəlilov Fərhad Qurban oğlu – Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri

İsmayılov Amin İsmayıl oğlu – AMEA-nın müxbir üzvü, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunun laboratoriya müdiri

Kərimli Teymur Həşim oğlu – AMEA-nın həqiqi üzvü, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru

Qədirov Fəxrəddin Əbülfət oğlu – AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun baş direktoru

Qəribov Adil Abdulxalıq oğlu – AMEA-nın həqiqi üzvü, AMEA-nın müşaviri

Mahmudov Yaqub Mikayıl oğlu – AMEA-nın həqiqi üzvü, AMEA-nın müşaviri

Mehdiyev Ramiz Ənvər oğlu – AMEA-nın həqiqi üzvü

Məhərrəmov Abel Məmmədəli oğlu – AMEA-nın həqiqi üzvü, Bakı Dövlət Universitetinin kafedra müdiri

Məmmədov Qərib Şamil oğlu – AMEA-nın həqiqi üzvü, AMEA-nın müşaviri

Məmmədov Nazim Timur oğlu – AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun laboratoriya müdiri

Muradov Şahbaz Musa oğlu – AMEA-nın müxbir üzvü, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun şöbə müdiri

Mustafayev Şahin Məcid oğlu – AMEA-nın həqiqi üzvü

Paşayev Arif Mir Cəlal oğlu – AMEA-nın həqiqi üzvü, Milli Aviasiya Akademiyasının rektoru

Rəsulov Əsgər Adil oğlu – Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi

Səmədzadə Ziyad Əliabbas oğlu – AMEA-nın həqiqi üzvü

Şükürov Kərim Kərəm oğlu – AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun baş direktoru

Vəlixanova Nailə Məmmədəli qızı – AMEA-nın həqiqi üzvü, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 oktyabr 2024-cü il

Sərəncamlar