“İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

post-img

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konsti­tusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

“İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 12 (I kitab), maddə 1605 (Cild I) 2-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 2.1-ci maddənin birinci abzasın­da “179 976 800,0” rəqəmləri “184 676 800,0” rəqəmləri ilə əvəz edilsin.

2. 2.1.3-cü maddədə “134 600 000,0” rəqəmləri “139 300 000,0” rəqəmləri ilə əvəz edilsin.

3. 2.3-cü maddədə “57 953 200,0” rəqəmləri “53 253 200,0” rəqəmləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 iyun 2024-cü il

Qanunlar