Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsində dəyişiklik еdilməsi hаqqındа Azərbaycan Respublikasının Qanunu

post-img

Аzərbаycаn Rеspublikаsının Milli Məclisi Аzərbаycаn Rеspublikаsı Kоnstitusiyаsının 94-cü mаddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutаrаq qərаrа аlır:

Maddə 1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202 (Cild I); 2024, № 1, maddə 18; Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1069-VIQD nömrəli və 2024-cü il 23 fevral tarixli 1099-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 51.2-ci maddəyə “materialları” sözündən sonra “media subyektinə təqdim edilə, yaxud” sözləri əlavə edilsin;

1.2. 55.1.1-ci maddədən “hal şahidlərinə,” sözləri çıxarılsın;

1.3. 56-cı maddə üzrə:

1.3.1. 56.1-ci maddədə “, tərcüməçilərin və hal şahidlərinin” sözləri “və tərcüməçilərin” sözləri ilə əvəz edilsin;

1.3.2. 56.2-ci maddədə “, tərcüməçi və hal şahidləri” sözləri “və tərcüməçi” sözləri ilə əvəz edilsin;

1.4. 69-cu maddə ləğv edilsin;

1.5. 92-ci maddə üzrə:

1.5.1. 92.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“92.2. Şəxsi axtarış şəxs inzibati qaydada tutulduqda, barəsində inzibati həbs tənbeh növü tətbiq edildikdə, yaxud inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin şəxsin üzərində və ya bədənində gizlədilməsini güman etməyə kifayət qədər əsaslar olduqda aparılır. Şəxsi axtarış eyni cinsdən olan səlahiyyətli vəzifəli şəxs tərəfindən, bu Məcəllənin 92.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fasiləsiz videoçəkiliş aparılmaqla həyata keçirilir.”;

1.5.2. aşağıdakı məzmunda 92.2-1-ci maddə əlavə edilsin:

“92.2-1. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin şəxsin bədənində gizlədilməsini güman etməyə kifayət qədər əsaslar olduqda şəxsi axtarış şəxsin soyundurulması ilə həyata keçirilə bilər. Bu halda videoçəkilişdən istifadəyə yol verilmir və barəsində şəxsi axtarış aparılan şəxsin bədən üzvləri eyni cinsdən olan tibb işçisi tərəfindən, təcrid olunmuş yerdə yoxlanılır. Tibb işçisi onun iştirakı ilə həyata keçirilən bu prosessual hərəkətin məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edir və olduğu halda öz qeydlərini protokola daxil edir. Həmin şəxs bu Məcəllənin 67-ci maddəsinə uyğun olaraq şahid kimi sorğu-sual edilə bilər.”;

1.5.3. 92.3-cü maddə üzrə:

1.5.3.1. birinci cümlə aşağıdakı redaksiyada verilsin:

“Əşyaların (əl yükü, baqaj, ov və balıq ovu alətləri, əldə edilmiş məhsul və sair) yoxlanılması fasiləsiz videoçəkiliş aparılmaqla həmin əşyaların mülkiyyətçilərinin və ya sahiblərinin iştirakı ilə həyata keçirilir.”;

1.5.3.2. ikinci cümlədə “iki hal şahidinin iştirakı ilə” sözləri “fasiləsiz videoçəkiliş aparılmaqla” sözləri ilə əvəz edilsin;

1.5.4. aşağıdakı məzmunda 92.5-1-ci maddə əlavə edilsin:

“92.5-1. Şəxsi axtarış (bu Məcəllənin 92.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) və əşyaları yoxlama haqqında protokolda fasiləsiz videoçəkilişdən istifadə barədə müvafiq qeyd aparılır və videoçəkilişi əks etdirən məlumat daşıyıcısı həmin protokola əlavə olunur.”;

1.5.5. 92.6-cı maddənin birinci cümləsində “hal şahidləri” sözləri “bu Məcəllənin 92.2-1-ci maddəsində nəzərdə tutulmuş halda həmin prosessual hərəkətdə iştirak edən tibb işçisi” sözləri ilə əvəz edilsin;

1.6. 93-cü maddə üzrə:

1.6.1. 93.2-ci maddə üzrə:

1.6.1.1. birinci cümlə aşağıdakı redaksiyada verilsin:

“Nəqliyyat vasitəsinə baxış fasiləsiz videoçəkiliş aparılmaqla nəqliyyat vasitəsi sahibinin iştirakı ilə həyata keçirilir.”;

1.6.1.2. ikinci cümlədə “videoyazı” sözü “fasiləsiz videoçəkiliş” sözləri ilə əvəz edilsin;

1.6.2. aşağıdakı məzmunda 93.3-1-ci maddə əlavə edilsin:

“93.3-1. Nəqliyyat vasitəsinə baxış haqqında protokolda fasiləsiz videoçəkilişdən istifadə barədə müvafiq qeyd aparılır və videoçəkilişi əks etdirən məlumat daşıyıcısı həmin protokola əlavə edilir.”;

1.6.3. 93.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

“93.4. Maddi sübutların qeydə alınması məqsədilə onların fotoşəkilləri də çəkilə bilər. Bu halda nəqliyyat vasitəsinə baxış haqqında protokolda fotoçəkilişdən də istifadə edilməsi barədə müvafiq qeyd aparılır və fotoçəkilişdən istifadə nəticəsində əldə edilmiş məlumat daşıyıcıları protokola əlavə olunur.”;

1.6.4. 93.5-ci maddənin birinci cümləsindən “, habelə hal şahidləri” sözləri çıxarılsın;

1.7. 94-cü maddə üzrə:

1.7.1. 94.1-ci maddədə “iki hal şahidinin iştirakı ilə” sözləri “fasiləsiz videoçəkiliş aparılmaqla” sözləri ilə əvəz edilsin;

1.7.2. aşağıdakı məzmunda 94.4-1-ci maddə əlavə edilsin:

“94.4-1. Əşyaların və sənədlərin götürülməsi haqqında protokolda fasiləsiz videoçəkilişdən istifadə barədə müvafiq qeyd aparılır və videoçəkilişi əks etdirən məlumat daşıyıcısı həmin protokola əlavə edilir.”;

1.7.3. 94.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

“94.5. Əşyaların və sənədlərin götürülməsi zamanı onların fotoşəkilləri də çəkilə bilər. Bu halda əşyaların və sənədlərin götürülməsi haqqında protokolda fotoçəkilişdən də istifadə edilməsi barədə müvafiq qeyd aparılır və fotoçəkilişdən istifadə nəticəsində əldə edilmiş məlumat daşıyıcıları protokola əlavə olunur.”;

1.7.4. 94.6-cı maddənin birinci cümləsindən “, habelə hal şahidləri” sözləri çıxarılsın;

1.8. 109.1.2-ci maddədə “69” rəqəmləri “70” rəqəmləri ilə əvəz edilsin;

1.9. 376-cı maddə üzrə:

1.9.1. adına “qanunsuz” sözündən sonra “olaraq media subyektinə təqdim edilməsi, yaxud” sözləri əlavə edilsin;

1.9.2. dispozisiyasına “materiallarının” sözündən sonra “media subyektinə təqdim edilməsinə, yaxud” sözləri əlavə edilsin.

Maddə 2. Keçid müddəa

Bu Qanun 2024-cü il iyunun 1-dən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 aprel 2024-cü il

Qanunlar